Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi

Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdiHazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri də qoruyucu maskalardır. Demək olar ki, küçəyə çıxarkən qoruyucu maskalardan istifadə edən xeyli insanla rastlaşırıq. Bəs tibbi maskalar viruslara qarşı nə dərəcədə effektlidir?
Milli.Az bildirir ki, mövzu ilə əlaqədar professor Adil Qeybulla, medicina.az-a açıqlama verib.
Onun sözlərinə görə maskalardan düzgün istifadə etmək lazımdır:
"Virusların əksəriyyəti hava-damcı yolu ilə yayılır. Maskalar isə havadakı virusları keçirtmədiyi üçün effektlidir. Bu maskalar virusların yayılmasının qarşısını almaqda xüsusi kömək etmiş olur. Lakin maskalardan daimi istifadəyə ehtiyac yoxdur. İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, metroda və s. taxmaq lazımdır. Bəzən insanlar xəstə olarkən ev şəraitində də maskadan istifadə edirlər. Evdə qoruyucu maska taxmağa ehtiyac yoxdur. Onun əvəzində otağın havasını dəyişmək, otağa gün işığının düşməsini təmin etmək lazımdır".
Professor kəskin respirator viruslardan qorunmaq üçün tək maskadan istifadə deyil, digər tədbirlərin görülməsinin də vacib olduğunu qeyd edib:
"Bundan əlavə insanlar geyim formasına fikir verməlidir. Soyuqdəymə xəstəliklərinin əksəriyyəti geyimlərin düzgün seçilməməsinə bağlıdır. Havanın temperaturu bəzən qalxıb-enir. Hava azca qızanda insanların əksəriyyəti daha nazik geyimlərlə bayıra çıxırlar. Lakin hava qəfil dəyişə bilər. Buna görə mütləq üst geyimlərinə diqqət edilməlidir. Belə hava dəyişkənliyi immun sistemini xeyli zəiflədir. Zəif immun sistemi isə viruslar üçün əlverişli olur. Əlavə olaraq düzgün qidalanmaq, immun sistemi gücləndirmək lazımdır. Səhərlər idmanla, gimnastikayla məşğul olmaq, uşaqlara vitaminli siroplar vermək və s kimi tədbirlər var ki, bunlar hamısı viruslar əleyhinə profilaktika hesab olunur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri