Tibbi maskaların insanlara psixoloji təsiri öyrənilib
Koronavirus pandemiyası səbəbindən hər gün qoruyucu maska taxmayan insanı təsəvvür etmək çətindir. İsrail psixoloqları maskaların insanların qavrayışına təsir etdiyini iddia edirlər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Ben-Qurion Universitetinin alimləri 47 könüllünü üz tanıma testindən keçirməyə dəvət ediblər.
Əvvəlcə təcrübə iştirakçıları yüzlərlə fotoşəkilə baxmalı, sonra da üzlərinin bir hissəsinin gizlədildiyi fotoşəkillərdəki insanları tanımağa çalışmalı idilər. İkinci halda, tanınma 15 faiz azalıb.
Psixoloqların sözlərinə görə, belə bir nəticə yalnız çoxunun küçədə bir insanı tanımaq üçün çətinlik çəkdiyini deyil, bunun insanların münasibətlərinə necə təsir etdiyini göstərir.
Alimlərin fikrincə, üzün bir hissəsinin örtülməsi insanların emosiyalarını müəyyən etməyə çətinləşdirir. Bu, qarşılıqlı münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Milli.Az /news.milli.az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Evini 3,2 milyona satır - Fotolar