Tolik: "Kişi müğənnilər qrimli arvaddırlar" (VİDEO)
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüser Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib.
BAKU.WS-in məlumatına görə, o, bir çox xeyriyyə işləri gördüyünü bildirib: "Elə şeylər var ki, edəndə çalışıram göstərməyim. Amma bəzi kanallar dəvət edirlər, danışıram. Mən yaxşılığı təbliğ edirəm. Pozğunluğu təbliğ eləsəm, məni qınayarsınız. Heç yadımdan çıxmaz, efirdə 2 uşaq "Barbi" kuklası istəmişdi. Getdim onlara 6-7 dənə həmin kuklalardan aldım. Çox sevindilər".
Tolik şou-biznes nümayəndələrini sərt tənqid edib: "Bəzi şou-biznes adamları var ki, çıxıb efirdə mərhəmətdən danışırlar. Yalandan deyir ki, mənə biri zəng vurdu, havayı getdim onun toyuna. Sən insanlara özünü göstərirsən. Kişi cismində bir qadınsan, amma xala obrazındasan. Qızıllar taxırsan, gözünün altına nələrsə vurursan və s. Qrim əslində efir təmizliyidir. Amma bu kişi müğənnilər qrimli arvaddırlar. Çıxıb efirdə namusdan, qeyrətdən danışırlar. Kişilik bazarda satılsaydı, 5 kq alıb qapısına qoyardım. Mən rahatam, məni xalqımız olduğum kimi tanıyır. Qadın müğənnilər də nələri yoxdursa, onlardan danışır. Qeyrətsiz çıxır qeyrətdən danışır, namussuz namusdan danışır. Bizdə hər şey tərsinədir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi - FOTO
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Çinarədən yeni mahnı - AUDİO
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR