"Toppuş bacı" qaynanası haqqında - VİDEO/FOTO
Əməkdar artist Tünzalə Əliyeva qayınanası haqda danışıb.
Xanim.az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinin qonağı olan aktrisa qayınanasını xeyli tərifləyib:
"Son 8 ayda nə etmişəmsə, qayınanamın sayəsində olub. 8 aydır ki, evindən çıxıb gəlib övladıma baxır. Öz ev-eşiyini, həyat yoldaşını atıb burada nəvəsini saxlayır. Mən o qayınana haqqında necə pis danışa bilərəm? Həyat yoldaşımın anası olmasaydı, işlərim belə getməzdi. Çünki övladımı heç kimə etibar etmərəm. Etibar etdiyim yeganə insan qayınanamdır. Tək oğlunun övladıdır. Qayınanam cavandır, elə bil, öz övladına baxır. Cavan olduğundan onda nənəlik hissi deyil, analıq hissi daha çoxdur və uşağa yaxşı baxır".
Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Onların Zəhra adlı qız övladı var.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Zabitə Alıyevanın toyudur - Fotolar
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir