Toy edənlərə BƏD XƏBƏR: Restoranların da qiyməti QALXDI
Devalvasiyanın hökm sürdüyü bir vaxtda üstəlik qazın və elektrik enerjisinin qiyməti də qalxıb. Bazarlarda, marketlərdə isə məhsulların sadəcə üzünə baxmaq kifayətdir. Çünki qiyməti baha olan malları əldə etməyə pul çatmır.
Qadinsayti.az xəbər verir ki, toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.
"Hollivud" şadlıq sarayında toy etmək istəyənlər azalıb. "Son aylarda toy etmək üçün müraciət edənlərin sayında azalma var. Əvvəllər hər gün restoranımızda toy olurdusa, indi əksinədir. Ona görə də menyuda qiymət artımı etmişik".
"Su sonası" şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir. "Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək sonumuz necə olur".
"Versal" sarayında da eyni vəziyyətdir. "Əvvəllər restoranımızda toy edənlərə güzəştlərimiz olurdu. Ölkədəki bahalaşmadan sonra həmin güzəştləri ləğv etdik. Toy etmək istəyənlər azalıb. Bu da bizim restoranımıza təsirsiz ötüşməyib".
"Monte Karlo" şadlıq sarayında da qiymətlər qalxıb. "Menyuda qiymət artımı etmək fikrindəyik. Bütün şadlıq saraylarında əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Toy etmək istəyənlər azaldıqca, restoranları əvvəlki qiymətlərlə idarə etmək çətinləşir".
"Neolit" şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb. "Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən. Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək"./modern.az/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Tərəf müqabili oldular