"Toya hazırlaşıram..." - Azərbaycanlı müğənni

"Toya hazırlaşıram..." - Azərbaycanlı müğənniLeyla Ramazanlı: İnsan gərək şəxsi həyatında rahat olsun ki, yaradıcılığını mükəmməl şəkildə davam etdirə bilsin 
Gənc ifaçı Leyla Ramazanlı subaylığın daşını atır. Belə ki, müğənnin aprelin 12-də tanınmış otellərin birində biznesmen Kamran Aydınovla toy mərasimi baş tutacaq. Milli.Az bildirir ki, təəssüratlarını "Kaspi"-yə  bölüşən Leyla Ramazanlı subaylığın son günlərini yaşadığını və verdiyi qərardan məmnun olduğunu dedi. 
- Kamran Aydınovla necə tanış oldunuz?
- Onun prodakşını var. Burada reklam, klip, fotosessiya və bu kimi yaradıcı işlər görülür. Bundan əlavə, şəxsi biznesi var və uzun müddətdir ki, bu bizneslə məşğuldur. Kamranla elə çəkiliş meydançasında tanış olmuşam. Çox səmimi və mehriban bir insandır. Artıq 7 ildir ki, tanışıq. Ən əsası odur ki, bir-birimizi yaxşı anlayırıq və mənim sənətimə dəyər verir. Yaradıcılığımın ən böyük dəstəkçisidir. 
- Sizin bir neçə fotosessiya və kliplərinizdə müəllif olaraq Kamran Aydınovun adını eşitmişik. Ancaq bu münasibətin sevgiyə çevriləcəyi heç kimin ağlına gəlməzdi.
- O mənim 6 klipimin rejissorudur. Təbii ki, sevgi olmasa, bizim münasibətlərimiz evliliyə qədər gəlib çıxmazdı. Aramızda böyük bir sevgi var və bu da dünən yaranan adi sevgi deyil. Hesab edirəm ki, hər bir peşə sahibləri kimi, sənət insanının da gözəl ailəsi olmalıdır. İnsan gərək şəxsi həyatında rahat olsun ki, yaradıcılığını da mükəmməl şəkildə davam etdirə bilsin. Bu baxımdan Kamranın sənətimə hörməti böyükdür və bu mənim üçün çox vacib idi. Çünki çox zaman tanınmış sənətçilərin ailələrindəki qadağalarla rastlaşırıq. 
- Nişanlınız sizə hər hansı bir qadağa qoyubmu?
- O mənə heç bir qadağa qoymayıb. Əksinə, mənim bu sənətdə keyfiyyətli və peşəkar səviyyədə addımlamağımı istəyir. Şükür ki, bu cür xüsusiyyət  Kamranda yoxdur. Təbii ki, bundan sonra da yaradıcılığıma davam edəcəm, konsertlərim, tədbirlərim, yeni mahnılarım və kliplərim də olacaq. 
Artıq biz onunla həyatımızı birləşdiririk. Uzun müddətdir ki, məni tanıyır və xasiyyətimə də bələddir. Ona görə inanıram ki, bundan sonra da hansısa irad və qadağası olmayacaq.
- Sənətçi ilə ailə qurmağın öz çətinlikləri olur. Belə ki, axşam tədbirləri, el şənlikləri, çəkilişlər və sair. Kamran Aydınov bunu nəzərə alıbmı?
- Təbii ki, ailə qurmaq qərarı verəndə, bütün bunların hamısını bilirdi və bu prosesləri də nəzərə alıb. Bu mövzu ilə bağlı heç bir problemimiz yoxdur.  
- Adətən ifaçıların sevgilisi olan kimi, onu sosial şəbəkədə paylaşır, yaxud da kameralara tuş gəlir. Bəs siz bu 7 ildə siz onunla münasibətinizin olduğunu necə gizlədə bilmisiniz?
- Ümumiyyətlə, media nümayəndələri də, ətrafımda olan insanlar da bilir ki, şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Buna heç bir şərait də yaratmamışam. Getdikcə bir-birimizin xasiyyətini, həyat tərzini başa düşdükcə gördük ki, biz ikimiz də bir-birimizə çox yaxın insanlarıq. Həyat tərzimiz də, xarakterlərimiz də bir-birinə çox yaxındır və buna görə də həyatımızı birləşdirməyə qərar verdik. Düşünürəm ki, belə olmağı daha gözəldir.
- 7 il bir münasibəti gizlətmək böyük məharət tələb edir.
- (Gürülük) Elədir, sənət dostlarımız tədbirlərdə, konsertlərdə mənimlə Kamranı çox tez-tez görüblər. Onunla bir çox tədbirlərə, xüsusən də rayon tədbirlərinə birlikdə getmişik. Çox zaman yanımda olub. Mən tədbirdə iştirak etmişəm, o isə maşında oturub məni gözləyib.
- Qısqancdır?
- Əslində elə bir qısqanclığı yoxdur. Xarakterimə bələd olduğu üçün buna heç bir əsas da yoxdur. 
- Bəzi şou saytları yaradıcılığınızla bağlı təzə bir xəbər olanda, onu saytda yerləşdirməkdən imtina etdikləri halda, son bir ayda evlənməyinizlə bağlı xəbərləri ard-arda verdilər...
- Elədir, elə mahnılarım var ki, uzun müddət onların üzərində çalışmışam, mahnıya klip çəkdirmişəm. Saytlara nümayiş üçün müraciət etdikdə isə, bu onlara maraqlı gəlmirdi. Çoxu deyirdi ki, bu, standart xəbərdir. Əslində bu, normal haldır. Hər zaman müğənnilərin şəxsi həyatı diqqət mərkəzində olub. Mənimki də onun kimi. Əslində mənim buna heç bir iradım yoxdur, bu pis xəbər deyil. Ancaq istəmirəm ki, gündəmə ailə həyatı qurmaq kimi xəbərlərlə gəlim. İstəyərəm ki, gündəmdə mahnılarım, layihələrim, yaradıcılığımla qalım. Ailə qurmaq kimi xəbərin kökündə pis heç nə dayanmır. Mən bütün sənət dostlarıma xoşbəxtlik arzulayıram.  Düzdür, yaradıcılıq da önəmlidir. Ancaq insanın həyatında ailə də böyük rol oynayır. Və mən bu yolun başlanğıcındayam. Sənət yoldaşlarımın ailələri haqqında mətbuatda, sosial şəbəkələrdə  artıq-əskik fikirlər səslənir. Təbii ki, bu məni məyus edir. Əslində hər insanın özəl həyatında anlaşılmazlıq və bu kimi neqativ hallar olur, ancaq onlar məşhurdurlar deyə daha çox danışılır və daha çox müzakirə edilir. Mən istəmirəm ki, müğənnilərin özəl həyatı ilə bağlı pis fikirlər səslənsin. Bəlkə də müğənniləri gözdən salmaq istəyirlər. Buradan müğənnilərin hamısını həmrəy olmağa çağırıram. Sənət dünyasında gözəl ailəyə sahib olan çox gözəl müğənnilər var. İnşallah, mən də onlardan biri olaram. 
- Hər kəs sizi Leyla Ramazanlı kimi tanıyır. Soyadınızı dəyişəcəksinizmi?
- Yox, elə Leyla Ramazanlı olaraq qalacam. Ola bilər ki, soyadımın sonuna Kamranın da soyadını əlavə edəm.
- Bəs nişanlınız onun soyadını götürməyinizdə israr edirmi?
- Yox. Belə bir şey yoxdur. O çox müasir  insandır. Məni anlayır və inanıram ki, belə bir məsələdə israr etməyəcək. Məncə, sevgi olan yerdə kompromisə getmək olar. 
- Yəqin ki, bütün yaradıcılıq işlərinizi bir kənara qoyub, toya hazırlaşırsınız.
- Bu aralar işlərim çoxdur, başım qarışıqdır. Yaradıcılıq işlərim, yeni mahnılarım var. Onları bir kənara qoymuşam, hazırda toya hazırlaşıram. Toydan sonra onları tamaşaçılara təqdim edəcəyəm. Toya 3 gün qalıb. Qonaqlarım da çoxdur. Mənə yaxın olan insanları toya dəvət etmişəm. Allah qoysa, şəxsi həyatımı qurum, sonra yaradıcılığıma da davam edəcəm. 
- Toy mətbuata açıqmı olacaq, yoxsa qapalı?
- Mən heç kimə qadağa qoya bilmərəm, elə bir fikrim də yoxdur. Mətbuatla yaxşı münasibətim var, onlara da heç bir qadağa olmayacaq, inanmıram ki, hansısa media nümayəndəsi toy barədə neqativ nə isə yazsın. Bunun üçün heç bir kompleksim də yoxdur.  
- Əvvəllər sizin kliplərinizi bacınız Xavər çəkirdi. Kamran həyatınıza daxil olduqdan sonra onunla işləmədiniz. Bu, bacınızın qısqanclığına səbəb olmadımı?
- Əsla. Xavərin öz karyerası var. Düzdür, son bir neçə ilə qədər kliplərimi bacım çəkib. Son 6 klipimin  rejissoru Kamrandır. Xavər Kamranın zövqünü bəyənir, onun çəkdiyi klipləri yaxşı qəbul edir. Bu mövzuda heç bir problem yoxdur. Ailəmizin bütün üzvləri onun xətrini çox istəyir.
- Adətən başqa müğənnilərin və sıravi insanların toyunda mahnılarını səsləndirən Leyla öz toyunda mahnı oxuyacaqmı?
-  Bəli, ilk rəqsimizi öz mahnımla başlamaq istəyirəm. 
- Hər gənc qızın öz toyu ilə bağlı uşaqlıq arzuları olur. Toyunuz o arzulara yaxın bir tərzdə keçəcək?
- Əlbəttə ki. Hesab edirəm ki, bəyaz gəlinlik hər bir xanıma gözəl yaraşır. Peşəmlə əlaqədar olaraq çox el şənliklərində olmuşam və bir çox yeni ailə quran gənclərin xoş gününə şahidlik etmişəm. Möhtəşəm təşkil olunmuş toylar da görmüşəm, sadə toylar da. Ancaq mən öz  toyumda çox sadə görünmək istəyirəm. Çünki sadəlik mənim üçün ən böyük gözəllikdir. Arzum isə möhkəm təməllər üzərində qurulan bir ailəm və sevdiyim insanların yanımda olmasıdır. Həyatda bundan gözəl yəqin ki, heç nə ola bilməz. Özümə gözəl, hüzurlu, sevgi dolu bir  həyat arzu edirəm. Bir də hər bir qızın arzusudur ki, toy günü atası ona xeyir-dua versin, yanında olsun. Amma bildiyiniz kimi, atam Nurəddin Ramazanov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub. Mən əminəm ki, şəhidlərimizin xatirəsini əziz tutan xalqımızın və şəhid atamın xeyir-duası mənimlə olacaq.
Milli.Az /news.milli.az

Şou Biznes     Baxılıb: 2070   Tarix: 10 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler toy makiyajlari seksual qadin baliq yagi hüquqşünas röya ayxan kosmetika qu quşu veten haqqinda atalar sozleri masturbasiya nedir google novruz hakista