Toyda dava salan İzzət danışdı: "İzzət killerdir, kimdir ki..."

Toyda dava salan İzzət danışdı: "İzzət killerdir, kimdir ki..."Tanınmış müğənni İzzət Bağırov "Neolit" restoranında ona görə dava düşməsiylə bağlı yayılan xəbərdən danışıb.

Müğənni ölkə.az-a açıqlamasında bildirib ki, haqqında yazılanlar həqiqəti əks etdirmir:

"Mən şou proqramda oxuyurdum. Orada da ad gününü qeyd edən insanlar var idi, ortada oynayırdılar. Ad günü olanlardan birinin gətirdiyi operator məni çəkirdi. Məclis sahiblərindən bir oğlan operatora dedi ki, ə, onu çəkmə, onu çəkməyə gəlmisən bura? İki-üç dəfə eyni ifadəni təkrarladı və əliylə məni göstərərək dedi ki, buna görə səni bura çağırmamışam ki, bizi çək. Mən də mahnını oxuyub qurtarandan sonra dedim ki, müğənni adamam da, oxuyuram, o da çəkir. Əgər məni çəkməyini istəmirsənsə, mədəni şəkildə ona de ki, gəl bizi çək, bir-birimizə hörmətsizlik etməyək. Mikrofonu qoyub çıxandan sonra bunlar ardımca səhnənin arxasına gəldilər. Başladılar hədə-qorxu gəlməyə. Hamısı da içkili idilər, heç kim də heç kimə qulaq asmaq istəmir. Heç ordakıların çoxu söhbətin nədən getdiyini bilmirdilər".

Bağırov cangüdəniylə restoran mühafizəçiləri arasında dava düşməsi haqda yazılanlara da aydınlıq gətirib:

"Orada mənim cangüdənim olmayıb. Ümumiyyətlə, mənim cangüdənim yox, işçim, prodüserim, köməkçim var. Yanımda cangüdən zad gəzdirmirəm. Orada restoranın mühafizəçiləri bunları sakitləşdirmək istəyirdilər. Başladılar bir-birinə əl-qol atmağa. Dava bayırda mühafizəçilərlə məclis sahibləri arasında olub. Mənimlə dava olmayıb. Mənim köməkçim də bayıra qapının ağzına çıxmışdı və davada xəsarət alıb. Onlar mühafizəçiləri vurub, mühafizəçilər də onları. Yazıblar ki, İzzət Bağırov kimisə döydürdü. İzzət Bağırov killerdir, kimdir ki, adam döydürə? Mən 27 ildir səhnədəyəm, indiyə qədər adam döydürmüşəm? Yoxsa mən elə birinə oxşayıram? İstəyirəm ki, bir-birimizə hörmətlə yanaşaq".

Müğənni bildirib ki, köməkçisi dünəndən polisə çağırılıb və hələ də sərbəst buraxılmayıb:

"Polisə şikayət ediblər, ərizə yazıblar. Yəqin ki, məni də polisə çağıracaqlar. Orada dava edənləri çağırıblar. Köməkçim də dünən axşamdan polisdədir, izahat yazıb, özünü də hələ buraxmayıblar. Halbuki köməkçim də xəsarət alıb. Saytlarda hamısı mənim əleyhimə müsahibə verib. Onları da başa düşürəm. Amma and olsun Allaha, indiyə qədər harasa gedəndə ya tək getmişəm, ya da bir nəfər köməkçim olub, vəssalam".

Qeyd edək ki, Report-un yaydığı xəbərdə hadisənin "Neolit" restoranında baş verdiyi qeyd edilir. Xəbərə görə N. Aslanlı və qohumları ilə İ.Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərlər     Baxılıb: 1990   Tarix: 31 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər