Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun? - Günahın 40 faizi qadınlarda, 60 faizi kişilərdədir...

Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun? - Günahın 40 faizi qadınlarda, 60 faizi kişilərdədir..."Birşey-mirşey var?" - Yeni ailə quran xanımların ən çox eşitdikləri söz bu olsa gərək. Yaxın-uzaq, qohum-yad, kimliyindən asılı olmayaraq, sanki hər kəs özünə borc bilir bu özəl sualı  verməkdə... Sanki bu yeni ailə quran cütlüyün qısa zamanda qucaqlarına körpə alması ilə hər kəsin problemi çözüləcək. Nəticə nə olur? Yeni həyatlarına uyğunlaşmağa çalışan gənclər qapı-qapı gəzərək ya həkimlərdən, ya türkəçarələrdən mədəd umub, tez bir zamanda övlad sahibi olmaq arzusuna düşürlər. Bəzən də qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Zamanla təbii şəkildə asan yolla hamilə qalmaqları mümkün olduğu halda, ilk gündən o qədər dava-dərman edirlər ki, əksinə, sağlam orqanizmi kimyəvi dərmanlarla yükləyirlər, axı 9 ayın tamamında hər kəsi uşaq səsi ilə sevindirməlidirlər.
Milli.Az modern.az-a istinadən bildirir ki, cərrah-ginekoloqu Cəmalə Hacıyeva əgər ciddi bir xəstəlik və patologiya yoxdursa, gənc xanımların təşvişə düşmədən 1 il heç bir dava-dərman etmədən gözləmələrini məsləhət görür. 
3-4 ay uşağı olmayana da sonsuz damğası vururlar! 
"Bir də görürsən ki, toy olandan 3-4 ay keçməmiş qaynana gəlini götürüb gətirir ki, "gəlinimin uşağı olmur, həkim bir çarə tap, dərman yaz". Daha düşünmürlər ki, bu, tam normaldır. Təbii ki, əgər ciddi bir xəstəliyi varsa, onu müalicə edirik. Amma tam sağlamdırsa, o zaman həmin qadının heç bir müalicəyə ehtiyacı yoxdur. Ümumiyyətlə, 3 ilə kimi uşaq olmursa, bu, sonsuzluq deyil. Requlyar cinsi əlaqədə olan sağlam qadınlar 1 ildən sonra ginekoloqa müraciət etməlidirlər. Requlyar cinsi həyatı olmayan, yoldaşlarının işi ilə əlaqədər ayda bir, iki ayda bir cinsi əlaqədə olan cütlüklər isə 2 il sonra həkimə müraciət etməlidirlər. 3 ildən çox uşaq olmursa, yalnız bu halda sonsuzluqdan söhbət gedə bilər. Sonsuzluqlar birincili və ya ikincili  də olur. Məsələn, ilk hamiləliyi tez baş verib, sonrakı hamiləlikləri baş tutmayan qadınlar da var". 
40 faiz qadınlar "günahkardırsa", 60 faiz kişilər sonsuz olur...
Bəs, görəsən, çox zaman uşaq olmamasının "günahkarı" kim olur? Qadınlar, yoxsa kişilər?
"Son zamanlar daha çox kişi sonsuzluqları ilə rastlaşırıq. Və hər iki tərəfdə olan sonsuzluq halları da var. Məsələn, qadında sonsuzluq səbəbi 15 faizdir. Belə halda bu qadın 3 il ərzində bir dəfə də olsun hamilə qalmalı idi, qarşı tərəfi də araşdıranda və görəndə ki, kişidə də 15 faizlik bir problem var, o zaman cütlüyün problemi 30 faizə qalxır, təbii ki, bu da uşaq olmasına təsir göstərir. Təəssüf ki, bizdə qadın həkimə müraciət etməlidir, qadın müalicə almalıdır yanaşması hökm sürür. Amma mən cütlüyü müayinələrə birlikdə çağırıram. Hər iki tərəfi müayinə edəndə və kişidə də problemlər aşkarlandıqda mən o qadınların üzündəki mimikanı görürəm... Sanki bir arxayınlıq gəlir, "ay qaynana bax, mən günahkar deyiləm" sözləri oxunur o üzlərdən... Çünki cəmiyyətimizdə bu məsələdə qadının üzərində basqı daha çox olur. Mən isə deyərdim ki, son zamanlarda qadın sonsuzluqları 40 faizdirsə, kişilərdə bu, 60 faizdir.
Əvvəllər daha çox qadınların üzərinə düşüb onları həkim-həkim gəzdirirdilər, kişilərin müayinəsinə ikinci dərəcəli baxılırdı. Çox şükür ki, bu gün kişilər də müayinə olunmağa üstünlük verirlər. Məncə, bunda toydan öncə edilən məcburi müayənin də əhəmiyyəti var. Kişilər artıq qəbul ediblər ki, belə də olmalıdır, birlikdə gəlməlidirlər. Hətta bəzən kişi özü tək müraciət edir, sonra qadınını gətirir.
Çox sevindirici haldır ki, bəzi savadlı analar hətta 14-15 yaşlı qızlarını müayinəyə gətirilər ki, nəsə patologiya varsa, erkən aşkarlansın. Amma 30 yaşın üstündə olan qızlarımız var ki, baxırıq ki, onun probleminin kökündə yeniyetməlik illərində ginekolaqa getməməsi dayanır. Hazırda bu problemlə gələn o qədər xəstəmiz var ki... Baxırsan ki, 30-dan çox yaşı var, hələ də menstrual sikli düzənli deyil, deyir 6 ayla, 8 ayla menstruasiya olmadığım vaxtlar olub. Və təəssüf ki, ailə qurana kimi bir dəfə də olsun bu problemi aradan qaldırmağa çalışmayıb. Müəyyən müddətdən sonra isə belə qızlara heç bir şəkildə kömək etmək olmur". 
Həyat tərzini dəyiş, sonra uşaq istə!
Cəmalə Hacıyeva sonsuzluğun səbəbləri arasında ilk növbədə düzgün olmayan qidalanmanı göstərir:
"Qidalanma, passiv həyat tərzi, piylənmə, zərərli vərdişlər sonsuzluğa səbəb olan amillərdir. Son illərdə buna infeksiyalar, çox partnyorluluq, radiasiyalar, hətta evdə istifadə etdiyimiz müxtəlif elektrik cihazları da səbəb olur. Bu dediyim faktorların hər biri həm qadın yumurtahüceyrəsinin, həm də kişi sperminin keyfiyyətini aşağı salır.  Ona görə biz ilk olaraq qəbula gələn pasiyentlərə müalicə təyin etməyə çalışmırıq. Əvvəlcə onun həyat tərzini, qidalanma rejimini düzgün qurmağa çalışırıq. Çünki əgər təkcə  dava-dərman müalicəsi etsək, bunun effekti yalnız 50 faiz ola bilər, artıq çəkini atmaq, düzgün həyat tərzi, sağlam qidalanma ilə isə bunu 100 faizə qaldırmaq olar. Sonsuzluq diaqnozu qoyulan elə qadınlar  var ki, müraciət edib o dəqiqə aşılanma olmaq istəyirlər. Amma həyat tərzini qaydaya salmadan yüksək nəticə almaq çətin olur. Bəzi hallarda həyat tərzini, qidalanma rejimini düzəltdikdə heç xəstəyə aşılanma etməyə ehtiyac olmur, spontan hamilə qalırlar. Bir pasiyentim var, övrə ilə müraciət etmişdi, toksikoloji bədəni vardı. Biz onu öncə sağlam qida uzmanına, dermatoloqa yönəltdik, onu sağaltdıq, ondan sonra hamiləlik müalicələrinə başladıq. Onu sağaltmadan hamiləliyə nail olsaydıq, bu, onun körpəsi üçün də zərərli olardı. Axı doğulacaq uşağın sağlamlığı ananın-atanın nə dərəcədə sağlam olmağından asılıdır. Bəzi pasiyentlərə heç nə yazmırıq, deyirik get həyat tərzini dəyiş, psixoloqa, nevropatlaqa müraciət et, əsəblərini normallaşdır.
Kərə yağı yeməmək də sonsuzluq səbəbləri sırasındadır?! 
Ginekoloq sonsuzluğun kökündə yedikləri yağın önəmini də vurğulayır: "Son zamanlar iki qrup insanlar var. Ya ümumiyyətlə yağ yemirlər, ya da keyfiyyətsiz yağ yeyirlər. Bizim atalarımız-babalarımız təmiz kərə yağı yeyiblər, heç artıq çəkiləri də olmayıb. Amma indi deyirlər, yox biz yağ yemirik ki, kökəlməyək. Çünki onlar presslənmiş yağlar yeyərək kilo alırlar. Hər bir insan kərə yağı yeməlidir. Yumurtalıq keyfiyyəti, sperm keyfiyyəti, beyin fəaliyyəti üçün kərə yağı çox önəmlidir. Labarotoriyalara verib yağları yoxlatmışıq, çox keyfiyyətsiz nəticələr almışıq. Ona görə çalışıb təmiz kərə yağı yemək lazımdır.  Kişi sonsuzluğunun təməlində bununla yanaşı,  siqaret, spirtli içkilər, qəlyan da gəlir. Bir də görürsən ki, 21-22 yaşında oğlanlar gəlir ki, spermi sıfırdır. Və ya çox aşağı faizlidir. Belə olan halda onlar spermlərini dondururlar ki, 3-5 il sonra övlad sahibi olmaq istəyəndə dondurulmuş spermləri ilə buna nail olsunlar.  
Düzdür, bəzi qadınlarda səbəb tamam başqa olur, antimüllerləri aşağı olur, onların hamilə qalması aşılama ilə də çətin olur. Aşılama normalda hamiləlik şansını yüzdə 25 faiz artırırsa, belə qadınlarda bu şans 10 faizə düşür. Son zamanlar tətbiq etdiyimiz gözəl bir dərman preparatı var. Gözəl yumurtalıq rezervuarı verir. 20-45 yaş qadınlarda  yumurtalıq rezervuarı 7-dən çox olmalıdır. Amma elə qadınlar gəlir ki, 0,2 yumurtalıq rezervuarı var. 30 yaşlı xəstələr gəlir ki, erkən klimaks əlamətləri başlayıb. Ümumiyyətlə, bütün dünyada qadınlar bu problemlə üz-üzədirlər. Ona görə daim müayinələrdən keçirlər. Bunun üçün kontraseptivlər veririk. Yumurtalara pauza veririrk. Vitamin və minerallar yazırıq".
Dar geyimlər çanağın inkişafına mane olur!
Bəs sonsuzluğun müalicəsi hansı hallarda mümkündür, hansı hallarda isə qeyri-mümkündür? Cəmalə xanım hər şeyin kökündə zamanında həkimə müarciət etməyin dayandığını deyir:
"Aybaşı pozuntusu olan bir qadın 1 ay sonra həkimə müraciət edərsə, bu, normal haldır, iqlimə, stressə bağlı olaraq 1-3 ay menstruasiya siklində pozulmalar ola bilər. Bəzən isə 25-30 yaşlı bir qadın həkimə müraciət edir və məlum olur ki, o, 13 yaşından demək olar ki, requlyar menstruasiya görməyib, 6 ay, 8 ay onda aybaşı prosesi baş verməyib. Belə xanımlar gözləyib, ailə qurandan sonra həkimə müraciət edərək möcüzə istəyirlər. Ümumiyyətlə, uzunmüddətli inefeksiyalarla kontaktı olan, immunçatışmazlığı olan, aylarla menstruasiya görməyən qızlarda ana olmaq şansları azalır. Hazırda elə qızlar var ki, heç süni mayalanmada belə şansları yoxdur.
Yeniyetmə qızların geyimləri də gələcəkdə onların sağlam şəkildə ana olmasına mane ola bilər. Çox dar geyimlər qızlarda çanağın inkişafına mane olur. İnkişaf periodunda dar və sərt geyinmək yolverilməzdir. Nəticədə, yumurtalıq inkişafdan qala bilər. Özü də tək qızlarda yox, oğlan uşaqlarında da dar geyimlər gələcəkdə fəsadlar yarada bilər. Niyə əvvəllər təbii doğuma daha çox müaraciət olunurdu suallarını tez-tez eşidirik. Daha demirlər ki, keçmişdə və günümüzdə geyimlər arasında nə qədər fərq var. Bu gün bir çox gənc qızlarımızda çanağın ölçüləri normal doğuşu həyata keçirmək üçün yetərli deyil. Dar çanaq doğuş travmalarına çox səbəb olur. Öncələr düzgün geyimlər vardı, düzgün qidalanma vardı". 
Yaşın nə fərqi var ki?!
Ginekoloq Cəmalə Hacıyeva yaş amilinin ana olmaqda o qədər də rol oynamadığını söyləyir: "Bəzən 23 yaşında qız elə kəskin problemlərlə gəlir ki, 45 yaşlı qadında o problemlər olmur. Bu baxımdan həyat tərzi çox önəmlidir. Düzdür, 40-45 yaşlarından sonra ana olmaq daha çətinləşir, xəstəliklər önə çıxır. Amma müasir tibbin inkişafı imkan verir ki, körpələr ana bətnində müayinə olunaraq hər hansı risk varsa, öncədən müəyyənləşdirilsin. Yaş faktoru 100-də 10 faiz hallarda hamiləliyi çətinləşdirir və ya genetik xəstəliklərin üzə çıxmasını artırır. Ümumiyyətlə, 40 yaşına kimi risklərdən qorxmuruq. 40 yaşdan sonra daha ciddi testlər tövsiyə edirik".
Psixoloji basqı, "bu dəfə də hamilə qala bilməsəm" qorxusu ilə baş verən əlaqə isə  döllənməyə əməlli-başlı təsir edirmiş:
"Valideynlərin psixoloji durumları çox önəmlidir. Hazırda müalicələrimizi psixoloqla, nevropatoloqla paralel aparırırq. Ailələrdə psixoloji gərginliyə bağlı sonsuzluq halları çox olur. Cütlük müaraciət edir, baxırıq ki, heç bir ginekoloji problemləri yoxdur. Onları nevropatoloqa yönəldib, sakitləşdirici dərmanlar yazırıq. Bu fonda hamiləlik baş tutan xəstələrimiz olur".
Bəs cinsi əlaqə texnikasının hamiləliyi artırma halları varmı?
"Biz bunu çox da önəmsəmirik. Çünki sperm işıq sürəti ilə hərəkət edən hüceyrədir. El arasında çox rastlaşırıq ki, guya uşaqlıqda olan əyriliklər, vajinal problemlər, pH turşuluğuna bağlı problemlər, cinsi əlaqə pozası hamilə qalmağa təsir edir. Amma artıq müasir tibb elmi bu fikirləri qəbul etmir. Əgər sağlam sperm və sağlam yumurtahüceyrədirsə, hansı şəkildə cinsi əlaqə olursa-olsun, hamiləlik baş verəcək". 
Cəmi 2 sutka keyfiyyətini saxlayan yumurtahüceyrə və sperm 
Cəmalə Hacıyeva cinsi əlaqə formasını önəmli saymasa da, cinsi əlaqə tezliyinin uşaq sahibi olmaqda vacibliyini bildirir:
"Bir qadının hamilə qalma müddəti bir ayda cəmi 3-5 sutkadır. Son protokollara əsasən, biz ovulyasiya günlərində günaşırı cinsi əlaqəni tövsiyə edirik. Hər gün cinsi əlaqədə olmaq sperm keyfiyyətini azladır. Hamiləlik planlamalarında günaşırı cinsi əlaqə təyin edirik. Uzun müddət əlaqədə olmayanda da spermin keyfiyyəti ölür. Aşılamalarda daha keyfiyyətli sperm almaq üçün 3 günlük cinsəl pəhriz tövsiyə edirk. 3 gündən çox da fasilə vermək olmaz, 3 gündən tez də olmaz. Ümumiyyətlə, yumurtahüceyrə 2 sutka mayalanmaq qabiliyyətini saxlayır. Spermin mayalandırmaq  qabiliyyətini də 2 sutka götürürük. Əvvəllər bir həftəyə qədər spermin yaşadığı deyilirdi. Hazırda biz spermin keyfiyyətli şəkildə mayalandırması üçün 2 sutka götürürük". 
Kontraseptiv vasitələr klimaksı gecikdirir!
Konrtaseptiv vasitələrdən istifadə etmək və onları dayandırdıqdan sonra hamilə qalmaq şansları da artırmış:
"Kontraseptiv həblərlə qorunub, sonra onları dayandırdıqdan sonra mayalanma şansları artır. Kontraseptiv dərmanlar yumurtalıqlara fasilə verir, onları işlətmir. Həmin vasitələri istifadə etməkdikdə isə yumurtalıqların stimulyasiyası baş verir və daha tez hamilə qalmaq ehtimalları olur. Hətta son zamanlar qadınların daha gec klimaksa girmələri üçün ildə 3 ay kontraseptiv həblər qəbul etmələri tibbi protokollarda var".
Cəmalə xanım son çarə kimi süni mayalanmaya üz tutanlarla bağlı isə bunları deyir: "Biz yumurta donoru və sperm donoru fəaliyyəti göstərmirik. Bu, xaricdə mümkündür. Bizim kilinikamızda nikah şəhadətnaməsi olmayan cütlüyün süni mayalanması aparılmır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1900   Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - QAYDALAR

"Uşaqlar üçün pəhriz cədvəli hazırlamaq bəzən valideyn üçün "faydalı addım" kimi görünür. Lakin həkim məsləhəti olmadan tərtib edilən, xüsusən də qida qruplarını kəskin məhdudlaşdıran pəhrizlər uşağın sağlamlığın

.

Qışda sağlam qalmaq üçün beş vacib MƏQAM

Qış aylarında havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin sayı artır. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sadə qaydalara əməl etməklə soyuqdəymə və qrip riskini minimuma endirmək mümkündür. İlk növbəd

.

Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə

Yediyimiz qidalar və içdiyimiz içkilər yalnız fiziki sağlamlığa deyil, həm də beynin fəaliyyətinə və yaddaşa ciddi təsir göstərir. xəbər verir ki, harvard mütəxəssisi Dr. Terri Şintani bildirib ki, bəzi vitamin və antioksidantlarl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Sahurda bu qidalardan uzaq durun – Gün boyu halsız ola bilərsiniz

Müqəddəs Ramazan ayının gəlişi ilə gündəlik qidalanma rejimi dəyişir və sahur (sübh yeməyi) gün ərzində enerjinin əsas mənbəyinə çevrilir. Düzgün seçilmiş qidalar toxluq hissini uzadır, qan şəkərini tarazlayır və susuzluğu

.

Mətbəxdəki gizli təhlükə: Əriyən plastik qidaya qarışır

Mətbəxdə istifadə olunan plastik qaşıqların yüksək temperaturda əriməsi sağlamlıq üçün risk hesab olunur. -ın məlumatına görə, isti yeməklərin bişirilməsi və qarışdırılması zamanı plastik alətlər temperaturun təsirindən deformasiyay

.

Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI

Son illər təbii gözəllik üsulları yenidən populyarlaşıb. -ın məlumatına görə,  xüsusilə üzü duzlu su ilə yumağın dərini cavanlaşdırdığı iddiaları sosial şəbəkələrdə geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, düzgün və ölçül

.

Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?

Beynəlxalq tədqiqatçılar ölü dəri hüceyrələrinin yenilənməsi, orqanların qorunması və qanın laxtalanmasında əsas rol oynayan kollagen zülalının gündəlik qəbulunun dəri sağlamlığına təsirini araşdırıblar. xəbər verir ki, 11

.

İftardan və imsakdan sonra dərhal yatmaq təhlükəlidir? - XƏBƏRDARLIQ

"Orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal reflüks riski artır". . xəbər verir ki, b

turlar.az

yay kolleksiyasi qadın geyimi qaşların formalari alma cemli piroq ayaq şişməsi qış tədarükü huseyn cavid seirleri kosmetika novruza aid hakisda webnem tovuzlu zəhmət toy gecesı tapmacalar