Toyuna 400 min dollar pul xərcləndiyi deyilən məmur qızı keçmiş ərindən danışdı: "O, əsgərlikdə olanda..." (VİDEO)

Toyuna 400 min dollar pul xərcləndiyi deyilən məmur qızı keçmiş ərindən danışdı: "O, əsgərlikdə olanda..." (VİDEO)Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Aysel Şükürova Missiya.Az-a açıqlamasında bildirib ki, toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq "Love Story" çəkdirdiyi barədə yazılan xəbərlər əsassızdır.

"Heç kim Bakıda 400 minlik toy etməz. Bu qədər pulu olan gedib başqa yerdə toy edər. Barəmdə yazılan xəbərlər yalandır. "Love Story"ni reklam etmək şərti ilə Fuad İsmayılov pulsuz çəkib. Onu bizə reklam etdiyimiz üçün çəkiblər. Bütün çəkiliş pulsuzdur. Düzdür, biz Malidiv adalarına bal ayına getmişik. Şəkil çəkdirmişik. Əcəb etmişik. Heç kimə dəxli yoxdur".

Toylarının Bakıda yerləşən "Böyük Saray" şadlıq evində olduğunu deyən, Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib.

"Hamı bilir ki, mənim atam necə xeyirxah insandır. Atamın o qədər pulu yoxdur ki, getsin mənə elə bir toy etsin. Həmçinin ikinci toyum olduğu üçün mərasimi atam etməyib. Yoldaşımın birinci toyu olduğu üçün dedi ki, hər şeyi boynuma götürürəm və toyu özüm edəcəm. Biz toyu ailə arasında etmək istəyirdik. Yoldaşım razı olmadı. Atamın toya heç bir aidiyyəti olmadığı halda onunla bağlı söhbətləri ortaya atırlar. Mənim ailəm barədə yazılanların heç bir əsası yoxdur. Toyun keçirildiyi şadlıq evindən məlumat ala bilərsiniz. Həmin şadlıq evində nazir və digər imkanlı şəxslər övladlarına toy ediblər. Heç onlar toya iddia edilən məbləqdə pul xərcləməyiblər".

Aysel Şükürova atası və özü barədə yayılan məlumatları keçmiş həyat yoldaşı Elşən Əsgərli ilə əlaqələndirib. "O, yanır. İndiyə qədər yalnız fərziyyələr danışıb. Hazırda mənimlə bağlı yalan xəbərlər yayır. Oktay və mənim toyumla bağlı video yanvarın 21-dən "youtobe"dədir. Elşən yalan faktlar əsasında yazılan 400 min dollarlıq toy məsələsini məqsədli şəkildə ortaya atıb. Aldığım məlumata görə, müxbirlər onun Nəriman Nərimanov rayonundankı evində olublar. Anası jurnalistlərə pul verib ki, belə xəbər yazsınlar. Elşən mənim həyat yoldaşımdan boşanmağımı istəyir. Amma o, bunu görməyəcək".

Keçmiş həyat yoldaşı Elşən Əsgərlinin "Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb" iddiasına da münasibət bildirən, Aysel Şükürova eks-əri barədə dəhşətli faktların üstünü açıb. "Onun danışdıqları yalandır. Mən onunla Dövlət İqtisadiyyat Universitetində təhsil almışam. 2012-ci ildə ailə qurmuşam və heç 3 il evli qalmamışam. Ad günümdə məni vurdu. Elə həmin gün hər şeyə son qoydum. Atamgil onu evdən qovdular".

Ayselin sözlərinə görə, Elşəndən əsgərlikdə olanda ayrılıb.

"O, əsgərlikdə olanda bir dəfə də zəng vurub necə olduğumu soruşmayıb. Mənimlə maraqlanmayıb. Nakotik istifadəçisidir. Hamilə olanda məni döyüb, əlimi kəsib. Bakıda yerləşən xəstəxanalardan birində qeydiyyatdayam. Əxlaqsız qadınlara pul xərcələyib və narkotik çəkirdi. Mən faktlarla danışıram. O, insanı araşdırsaz, görərsiz ki, narkoloji dispanserdə qeydiyyatdadır. Baş Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi iki dəfə onu tutub. Onun ölkədən çıxışına qadağa qoyulub. Çünki, Ukraynada narkotik üstündə tutulub. Telefonunda çoxlu mesaj tutdum. Onlar da faktlara danışsınlar. Mən görüntülərlə danışacam. İndi bilmir ki, aranı necə qızışdırsın. Belə şeylər danışır. Bütün bu sadaladıqlarım bizim ayrılığımıza səbəb oldu".

Aysel Şükürova keçmiş ərinin "Onun həyat yoldaşı "Porche" sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb" iddiasına da cavab verib.

"Yalandır. Əksinə, biz Elşənə "Porche" almışıq. Mənim həyat yoldaşım Oktay heç kimin hesabına yaşamayıb. Hər şeyi özü edib. Amma Elşən həmişə məndən pul alıb". O, eks-əri barədə barədə bir neçə faktın üstünü açıb. Ayselin sözlərinə görə, Elşən Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb. "Elşən videonu çəkə-çəkə bizə qarşı çox nalayiq ifadələr işlədirdi. Həyat yoldaşım çəkdiyi videoya görə, onu döyüb. Yoldaşımı əllərinə sağlıq. O, çəkdiyi videonu səhifəsində paylaşmışdı. Həmin video məndə var. Bu məsələ ilə bağlı iş polisdədir. Məndə Elşənin təcavüz etdiyi qızın səsi var. Təcavüz etdikdən sonra qızdan 10 min 300 manat pul alıb".

Aysel məsələnin hüquqi çərçivədə həll ediləcəyini bildirib: "Mənim barədəmdə irəli sürülən iddialar və xəbərlər namus söhbətidir. "Belə qalmayacaq. Yazılan məlumatlar bütün saytlardan toplanılıb. Bu xəbərləri yazan bütün saytlar məhkəməyə verilib. Vəkillərin saytların təzminat ödəməsi üçün işə başlayıblar. Şükür Allaha atamın, mənim və həyat yoldaşımın alını açıqdır. Bu proses başa çadıqdan sonra mən açıqlamamı videogörüntü vasitəsi ilə edəcə

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də "Böyük Saray" da baş tutub Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Ötən gün isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır.

Xəbərlər     Baxılıb: 2593   Tarix: 19 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

gozel gorunmek qis geyimləri 2026 reseptler öd daşı kişi psixologiyası terminlər boyun osteoxondrozu kosmetika banan gulmeli hakista sevgi kokelmek hakista sozler