Toyuna sayılı günlər qalan Mətanətin qızına ELƏ SÜRPRİZ hədiyyə etddilər ki... - FOTOLAR
Əməkdar artist Mətanət İsgəndərli qızının toy dəvətnamələrini paylamağa başlayıb.
Axşam.az-ın məlumatına görə, məclis sentyabrın 20-də "Neolit" şadlıq evində baş tutacaq. Ülkər Engin adlı Türkiyə vətəndaşı ilə ailə qurmağa hazırlaşır. M.İsgəndərli qızının xeyir işinə 600-ə qədər qonaq çağırıb.
Müğənninin nəvəsi Tuncay da bibisinin özəl günündə onun üçün sürpriz hazırlayır. Belə ki, Tuncay nənəsi ilə birlikdə studiyaya girərək Ülkərə mahnı oxuyub. İfa toy günü şadlıq evində təqdim olunacaq.
Ülkərin xına mərasimi sentyabrın 18-də olacaq. Oktyabrda isə Antalyada oğlan toyu keçiriləcək.
Qeyd edək ki, Ülkər bundan əvvəl iki dəfə nişanlı olub.