Trampın andiçmə mərasimində iştirak edən azərbaycanlı xanım kimdir? - FOTOLAR
Məlum olduğu kimi, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub.
Qadinsayti.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərasimdə azərbaycanlı biznes leydi Aytən Mirzoyeva da iştirak edib. O, Amerika prezidentinin qızı İvanka Trampla yaxın dostdur və onun şəxsi dəvəti ilə mərasimə qatılıb. Aytən Mirzoyeva ailəsi ilə birlikdə həm Kapitolda baş tutan inaqurasiyada, həm də andiçmədən sonrakı balda iştirak edib.
Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən biri olan Bəşir Quliyevin nəvəsidir. O, hazırda Fransanın paytaxtı Parisdə yaşayır və işləyir. Xanım Mirzəyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan "Vasconi Architectes"in vitse-prezidenti vəzifəsində çalışır. Şirkətin rəhbəri isə onun həyat yoldaşı Tomas Şinkodur.
Bu memarlıq şirkətinin əsası 1973-cü ildə qoyulub, lakin bir neçə il öncə şirkəti Tomas Şinko əldə edib. Hazırda şirkətin Parisdə, Luksemburqda, Nyu-Yorkda, Honkonqda ofisləri var və dünyanın bir çox ölkələrində memarlıq layihələri həyata keçirir.
Aytən Mirzoyeva İvanka Trampla uzun illərdir dostluq edir. O, dəfələrlə Amerikada Tramp ailəsi ilə görüşüb.













Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?