Trampın oğlu bacısı İvankanı hərraca çıxardı - 60 min dollara - FOTO
Türk iş adamı Ozan Özkural ABŞ-ın yeni prezidenti İvanka Trampla çay içmək üçün 60 min dollar verməyə razılaşıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İvanka ilə çay içmək üçün "Çaritybuzz" xeyriyyə saytında hərrac keçirilib. Hərrac Trampın oğlu Eric Trump tərəfindən bir xəstə uşağa yardım məqsədi ilə təşkil edilib.
Hərrac zamanı Trampla çay içmək üçün ən çox məbləği İngiltərənin paytaxtı Londonda yerləşən "Tanto Capital Partners"in sahiblərindən biri Ozan Özkural olub. Hərrac barədə dünyanın ən nüfuzlu media orqanları məlumat yayıb.
Trampın oğlu Eric Trump
"New York Times" yazdığına görə, Özkural bir fincan çay üçün 60 min dolları verməsinin səbəbini belə açıqlayıb.
"İşimiz üçün dünyanın bir çox siyasətçiləri ilə görüşürük. Görüşlərdən sonra işlərin necə gedəcəyi ilə bağlı məlumatımız olur".
Özkural Trampla görüşməsini işi ilə əlaqələndirib.
Amma türk iş adamının 60 min dollarlıq arzusu həyata keçməyib. Çünki Eric Trump bir neçə gün sonra hərracı ləğv etdiyini açıqlayıb. Buna səbəb isə Trampın ailəsinin onun prezidentlik kürsüsünə əyləşəcəyi bir vaxtda daha çox gündəmə gəlməsi olub. Əgər türk iş adamının arzusunu Trampın oğlu puç etməsəydi, o, Vaşinqtonda "Trump International Otelində və ya New Yorkda "Trump Tower" –də çay içmək şansı qazana bilərdi.
Ozan Özkural - türk iş adamı












8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?