Tromba, xərçəngə, iltihaba, viruslara və bir çox başqa xəstəliyə təsir edən ədviyyat

Tromba, xərçəngə, iltihaba, viruslara və bir çox başqa xəstəliyə təsir edən ədviyyatGündəlik olaraq mətbəxdə ən çox istifadə etdiyimiz faydalı məhsullardan biri də sarıkökdür. Sarıkök qədim zamanlardan dövrümüzə qədər yeməklərin hazırlanmasında əvəzolunmaz ədviyyat sayılıb. Xalq təbabətində də sarıkökün özünəməxsus yeri var. Sarıkök bir çox xəstəliyin dərmanı sayılır. Bu ədviyyatın faydaları yüzlərlədir. Yəqin ki, çoxları sarıkök haqqında o qədər də məlumatlı deyil.
Sarıkök haqqında daha ətraflı məlumatı, həkim-fitloterapevt Fizuli Hüseynovun hazırladığı materialı təqdim edirik.
Sarıkökün kimyəvi tərkibi
Sarıkökün tərkibində ən aktiv maddə kurkumin və kurkuminin sələfləridir. Məsələn, kurkumin, dimetoksiklokurkumin, monodimedotoksikurkumin, bisdemetoksikurkumin və siklokurkuminlər kimi kurkuminin sələfləri vardır. Bundan başqa zəngin karotinlər hansıki karotinlərin hesabına sarıkök sarı rəngindədir, C vitamini, terpentinlər (bunlar hormonabənzər təsir göstərir), kaliumvə polisaxaridlər vardır.
Sarıkökün xalq təbabətində istifadəsi
Sarıkök təkbaşına hansı xəstəliklərdə istifadə oluna bilər və necə, nə qədər istifadə olunmalıdır? Sarıkök Azərbaycanda bitmədiyindən bizim regionlarda istifadə tarixi Hindistan, Çin, İndoneziya ilə müqayisədə o qədər də qədim deyildir. Məsələn, saydığım dövlətlərdə soyuqdəymə, revmatizmalar, dəri xəstəlikləri, doğuş rahatlaşdırıcı, süd artırıcı, yuxarı tənəffüs yolları xəstəlikləri, ishal, adət pozulmaları, oynaq ağrıları, köpmələr, mədə ağrıları, hamiləlik zamanı ürəkbulanmalar, immunitet artırıcı və sairə kimi xəstəliklərdə geniş istifadə olunmaqdadır. Sarıkökün bu kimi istifadəsi sarıkökün bitdiyi bütün dövlətlərdə istifadə olunmaqdadır.
Azərbaycanda sarıkökdən daha çox yeməklərin bişirilməsi zamanı istifadə olunub. Sarıkök yeməklərə xüsusi bir ətir, dad və sarı rəng verir. Amma Azərbaycanda sarıkök həmdə dərman bitkisi kimidə istifadə edilib. Mədə ağrılarında, iştahsızlıqda, adət pozulmalarında, revmatizmalarda istifadə olunub.
Sarıkökün yuxarıda saydığımız xəstəliklərlə paralel revmatoidli poliartrit xəstəliyində, epilepsiyada, beyinqan dövranı xəstəliklərində, yaddaşsızlıqda, Alzheymer xəstəliyində, müxtəlif mənşəli sklerozlarda, oynaq ağrılarında, ağızda acılıqda, müxtəlif mənşəli köpmələrdə, kolitlərdə, sağ qaraciyəraltı nahiyyələrdəki ağrılarda, ekzemalarda, trofik yaralrda, əl ayaq soyuqluğunda, yüksək xolesterində  və başqa başqa xəstəliklərdə xəstələrimə təyin etmişəm və olduqca faydalı bir təsirini görmüşəm.
Elmi araşdırmalara görə, sarıkök:
Həzmi rahatlaşdırır.
Qurdqovucu təsiri var.
Mədə-bağırsaq  qazlarını çökdürücü təsiri öyrənilib.
Ödün istehsalını artırması kimi təsiri öyrənilib.
Bədəni artıq şlaklardan təmizləyici təsiri öyrənilib.
Qaraciyər qorucu funksiyası öyrənilib.
İltihabəleyhinə təsiri öyrənilib.
Trombların əmələ gəlməsinin qarşısını alması öyrənilib.
Qanda lipidlərin çoxalmasının qarşısını alması öyrənilib.
Xərçəng əleyhinə antioksidant təsiri öyrənilib.
Bakteriyalar əleyhinə antibakterial təsiri öyrənilib.
Göbələklər əleyhinə təsiri vardır. Antifunqal.
Viruslar əleyinə təsiri vardır. Antiviral.
Hüceyrə zəhərlənmələrinə qarşı zəsiri vardır. Sitotoksik.
Şişlər əleyhinə təsiri vardır.
Dəri xəstəliklərinə qarşı təsiri vardır.  
Sarıkökün orqanlara, xəstəliklərə təsiri barədə daha ətraflı məlumatı növbəti dəfə təqdim edəcəyik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2028   Tarix: 10 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri yay kolleksiyasi toy makiyajlari nagillar praktiki məsləhətlər findiq qabiginin faydalari müalicəvi bitkilər kosmetika prostat salam novruza aid hakışda gülməli hakıştalar faydalı məsləhətlər