Tünd şokolad bioloji yaşı azaldırmış
Tünd şokoladın əsas tərkib hissəsi olan teobromin hüceyrələrin qocalma sürətini yavaşladaraq bioloji yaşı azalda bilər.
Milli.Az xəbər verir ki, London Kral Kolleci tərəfindən aparılan tədqiqatda, qanında teobromin səviyyəsi yüksək olan iştirakçıların bioloji yaşı xronoloji yaşlarından xeyli aşağı olduğu müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, teobromin insan bədənində telomer uzunluğu və DNT-də kimyəvi dəyişikliklər üzərindən hüceyrələrin qocalma prosesinə təsir göstərir. Professor Jordana Bell qeyd edib ki, bu tapıntılar gündəlik qidalanma ilə uzunömürlülük arasında əhəmiyyətli əlaqəyə işıq tutur, lakin çox şokolad yemək tövsiyə edilmir.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, bütün tünd şokolad eyni deyil və istehlak zamanı tərkibinə diqqət yetirmək vacibdir.
Tünd şokolad yalnız dadlı desert deyil, həm də hüceyrələr üçün gənclik iksiri ola bilər.
Fidan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO