Turan İbrahimov ATV-dən getdi? - "Bu qərarı rəhbərlik verib və..."
Xəbər verdiyimiz kimi, ötən gün ATV kanalında aparıcı Turan İbrahimovun təqdimatında yayımlanan "ATV Səhər" verilişinin yayımı dayandırılıb.
Xanim.az metbuat.az-a istinadən xəbər verir ki, bu gün mediada bununla bağlı müxtəlif xəbərlər dərc edilib. Əslində, verilişin yayımlanan reportajlar, Turan İbrahimovun ziddiyyətli şərhləri, hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmasına görə bağlandığı qeyd edilib. Bəzi xəbərlərdə isə tanınmış aparıcının ATV kanalından uzaqlaşdırıldığı da qeyd edilib.
Məsələyə aydınlıq gətirmək üçün Turan İbrahimovla əlaqə saxladıq. O, Metbuat.az-a açıqlamasında qeyd etdi ki, bu xəbərlərin heç bir əsası yoxdur:
"Layihəni dayandırmaq qərarını rəhbərlik verdi. Onsuz da mövsümün qurtarmasına bir ay qalmışdı. Qərar verildi ki, layihəni dayandıraq. Ancaq söhbət "ATV Səhər" verilişindən gedir. Mən özüm ATV-dəyəm, fəaliyyətimi davam etdirirəm. "ATV Səhər"in kollektivi də ATV-dədir. Onlar fəaliyyətlərini davam etdirirlər. Söz-söhbətlər, şayiələr, dediqodular yayılıb. Hərənin öz məntiqi var və hərə də öz məntiqinə uyğun məsələlərə izah verməyə çalışır. Başqa heç nə demək istəmirəm.
Mən 4 ildir ki, efirdən ictimai maraqlar naminə tənqidi fikirlər səsləndirirəm. Yəni, bu 4 ildə elə rəhbərliklə də, dövlətin və cəmiyyətin marağını istəyən insanlarla da eyni dərəcədə həmrəy olmuşuq".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur reper ikinci dəfə baba oldu
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr