Turanın proqramı bu şərhə görə bağlanıb -VİDEO

Turanın proqramı bu şərhə görə bağlanıb -VİDEO"Azad Azərbaycan" telekanalında yayımlanan "ATV səhər" proqramının fəaliyyəti dayandırılıb. Bununla bağlı mediaya açıqlama verən ATV-nin "Ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentinin rəhbəri və ATV "Səhər" verilişinin aparıcısı Turan İbrahimli bildirib ki, mövsümün bitməsinə bir ay qaldığına görə, rəhbərlik verilişin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. "Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi", sualına isə aparıcı bu cür cavab verib: "Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV SƏHƏR" yayımını dayandırır. "ATV SƏHƏR"in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək."

Turan İbrahimov sonda bunu da əlavə edib: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."

Musavat.com-a ya daxil olan məlumata görə, "ATV SƏHƏR" verilişinin dayandırılması heç də Turan İbrahimlinin iddia etdiyi kimi, mövsümün başa çatması ilə bağlı olmayıb. Mənbənin sözlərinə görə, "ATV SƏHƏR"-də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmuşdu. Müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarına Nəzarət Palatası, şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Sovetski ərazisində həyata keçirilən söküntü işlərinə dair Turan İbrahimlinin şərhləri ilə bağlı Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident Administrasiyasına şikayət etmişdilər.

"Turan İbrahimli bütün sədləri aşaraq azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sisteminin hansısa çatışmazlıqları barədə tez-tez danışır və cəmiyyətdə mənfi rəy formalaşdırırdı". Mənbə onu da deyib ki, bir neçə gün bundan öncə Turan İbrahimlinin "ATV SƏHƏR"də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmamışdı.

"Məhz bu səbəblər "ATV SƏHƏR"in bundan sonrakı fəaliyyətini mümkünsüz edib. Üstəlik, Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb", - deyə mənbə bildirib.

Xəbərdə qeyd olunduğu kimi, bu, ATV ekranında T. İbrahimlinin etdiyi ilk "ÇP" deyil. Dəfələrlə onun hadisələrə verdiyi aqressiv şərhlər, təqdimatlar birmənalı qarşılanmayıb. Hətta onun hakimiyyətin müxtəlif təmsilçilərinə, bəzi dölət qurumlarına qarşı bir sıra fikirlərinın iqtidarın ən yuxarı dairələrində xoş qarşılanmadığı qeyd olunur. Bu məqamda onun bir neçə qalmaqallı şərhini təqdim edirik:

Xəbərlər     Baxılıb: 5236   Tarix: 02 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri