Türkiyədə hərbçilərin olduğu avtobus partladıldı: 13 ölü, 48 yaralı - VİDEO
Türkiyənin Kayseri şəhərində universitetin tələbə şəhərciyində partlayış baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.
İlkin məlumata görə, partlayan avtobusda sərnişinlərin əksəriyyəti əsgərlər olub.
**
Türkiyə Müdafiə Nazirliyinin Baş qərargahından verilən məlumata görə, Kayseridəki partlayış zamanı 13 əsgər şəhid olub, 48 nəfər yaralanıb.