Türkiyədə terror törədən azərbaycanlı haqda ŞOK FAKTLAR: Arvadını...

Türkiyədə terror törədən azərbaycanlı haqda ŞOK FAKTLAR: Arvadını...Ankarada tutulan İŞİD-çinin atası: "Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir"; Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir

Xəbər verildiyi kimi, mayın 21-da səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib. Ankara valisi Ercan Topaca deyib ki, İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu deyib.

Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi üzə çıxıb. Azərbaycan əsilli şəxs saxlanılıb və o, İŞİD üzvü olduğunu, iki nəfəri də terrora aktı törətmək üçün Ankaraya gətirdiyini söyləyib. Bu ifadədən sonra polis əməliyyat keçirməyə qərar verib və həmin iki nəfər öldürülüb. Terrorçuların qaldıqları evdən "Kalaşanikov" avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan şəxs Azərbaycan vətəndaşı Abhüseyn Cəlilovdur. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.

A.Cəlilovun atası Ravil Cəlilov azvision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: "Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyidi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqallı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin".

R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb. "Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu" deyə, atası bildirib.

Qeyri-rəsmi məlumatlara görə, indiyədək təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayının 250 nəfərdən çox olduğu iddia edilir. Ümumiyyətlə, Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir.

Şimal zonasından Suriyaya gedənlərin çox olmasının bir sıra səbəbi var. Rusiyanın Şimali Qafqazda hər zamanda ərəb ölkələrindən gələn zərərli ideologiyalar üçün açıqdır. Ankarada ələ keçən terrorçunun atasının dedikləri də bunu təsdiq edir.

Ötən il və bu ilin əvvəlində Dövlət Təhlükəsizlik Xidməti (DTX) həm şimal bölgəsində, həm Bakıda Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatlarına qoşulmuş bir neçə şəxsi zərərsizləşdirib. Sonuncu belə əməliyyat bir müddət əvvəl Bakıda keçirilib. Rəsmi məlumata görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - "Abu Hafsa" ləqəbli M.Ulubəyovun və "Abdulqərib" ləqəbli Q.Dəmirovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması zamanı müqavimət göstərərkən məhv edilib. Belə görünür ki, Suriya və İraqda sıxışdırılan İŞİD-çilər indi Türkiyədə yerləşirlər və onların sırasında azərbaycanlılar da var.

mənbə: anaxeber

Xəbərlər     Baxılıb: 4486   Tarix: 24 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin sayti sac duzumleri gozel gorunmek sizanaqlara qarsi resept gürcü mətbəxi kəpək neyrosirkulyator distoniya kosmetika vətən həsrətinə aid bayatılar toyuq salati nağıllar qaynanaya aid novruz bayramina aid hakista