Türkiyəli aktrisanın gəlinlikdə FOTOSESSİYASI
"Yılanların Öcü" serialında Fatma obrazını canlandıran aktrisa Hande Soral "Instyle Weddings" jurnalı üçün fotosessiya etdirib.
Zərif bir payız gəlini obrazında olan Hande toy və gəlinlik xəyalı quran qız olmadığını deyib:
"Hələ də belə xəyal qurmuram. Amma bir gün evlənməli olsam şahidim rəfiqəm Nesrin olmalıdır. Çünki şahidi olduğu bütün gəlinlərin əkiz uşaqları oldu. Ona görə mənim də şahidim olsun".