Türkiyəli nevroloqdan 5G XƏBƏRDARLIĞI - Bu xəstəliklərin sayı artacaq?

Türkiyəli nevroloqdan 5G XƏBƏRDARLIĞI - Bu xəstəliklərin sayı artacaq?Yeni 5-ci Nəsil Mobil Telekommunikasiya Xidməti və Texnologiyası adlandırılan 5G şübhəsiz ki, gündəlik həyatımıza əhəmiyyətli rahatlıq gətirəcək. Xüsusilə rabitə və internet texnologiyalarında inqilab olacağı inkaredilməzdir. 5G üçün daha çox baza stansiyaları qurulacağı da sirr deyil. Lakin baza stansiyalarının özü ilə birlikdə bir çox xəstəliklərə yol açması iddiaları əhali arasında səngimək bilmir.
Milli.Az xəbər verir ki, türkiyəli nevroloq Mehmet Yavuz 5G-in sağlamlığa təsirindən danışıb. O, yeni texnologiyanın birbaşa beyinə təsir edəcəyini istisna etməyib.
5 G özü ilə birlikdə hansı təhlükələri gətirir?
Məlum olduğu kimi, yalnız 1-ci nəsildə mobil telefon xidməti, 2-ci nəsildə telefonla danışmaq, 3-cü nəsildə mesajlaşma və daha sürətli rabitə, video rabitə, 4-cü nəsildə səs və məlumat mübadiləsi, nəhayət 5-ci nəsildə (5G) sürətli səsli və vizual rabitə ilə yanaşı obyektiv rabitə xidməti də təklif olunur. Başqa sözlə, 5G-də ağıllı binalar və ağıllı nəqliyyat vasitələri ilə rabitə qurmaq imkanı olacaq. Bundan əlavə, daha çox enerji tələb ediləcək, mütəxəssislər enerji boşluğunu doldurmaq üçün bütün dünyada 400-ə yaxın yeni nüvə elektrik stansiyasına ehtiyac duyulduğunu bildirirlər.
Daha çox baza stansiyası, daha çox xəstəlik
5G 4G-dən daha çox baza stansiyasına ehtiyac yaradır. Baza stansiyası və ya gücləndirici antenanın təxminən 150-200 metr məsafədə yerləşdirilməsi lazımdır. Beləliklə, havada çox və sıx bir elektromaqnit mühitinin yaranması qaçılmazdır. Elektromaqnit çirklənməsi üfüqi bina yaşayış məntəqələrindən daha çox şaquli mühitlərdə və sıx mağazaları olan ticarət mərkəzlərində yaranır, buna görə də əhalinin sıx məskunlaşdığı ərazilərdə özünü büruzə verəcək.
Əlbəttə ki, texnologiyadan imtina etmək məqbul bir davranış deyil. Ancaq texnologiyaya tamamilə təslim olmaq, onu tamamilə rədd etmək qədər uyğun deyil. Limitsiz sürətli rabitə və kütləvi rabitə qlobal perspektivdir, ancaq həyatımızın daha da asanlaşacağı üçün sağlamlığımızı riskə atmamalıyıq. Etiraf etməliyik ki, alzheymer xəstəliyi bu gün otuz il əvvəlkindən təxminən min dəfə çox artıb. Üstəlik, tədricən gənc əhali arasında da görünür. Alzheymer xəstəliyinin artmasının dəqiq bir səbəbini deyə bilmərik, amma ən böyük şübhə "elektromaqnit çirklənməsi" dir. Cib telefonu dalğaları, radio və televiziya dalğaları, simsiz internet və radiotezliklər ciddi elektromaqnit çirkliliyinə səbəb olur.
Son illərdə panik-ataklar, depressiya, müxtəlif narahatlıq və əsəb pozğunluqları da əvvəlki illərə nisbətən anormal şəkildə artıb. Odur ki, Alzheymer və beyin xəstəliklərin yaranmasımda elektromaqnit çirklənməsinin təsirinin olması ehtimalı yüksəkdir. Hər zaman zəhərli qazların havaya buraxdığı təsirindən danışırıq, amma dalğasız hava məkanın olması vacibdir. Çox illik peşə təcrübəmə əsaslanaraq deyə bilərəm ki, elektromaqnit intensivliyi beyinə və zehinə mənfi təsir göstərir və Alzheymer xəstəliyinin inkişafına zəmin yaradır.
Bundan əlavə, müxtəlif tədqiqat laboratoriyalarında heyvanlar üzərində aparılan təcrübələr mənim fikrimi dəstəkləyir. İndi isə qarşıdakı dövrdə istifadəyə verilməsi planlaşdırılan 5G texnologiyasının beyinə daha ciddi təsir göstərəcəyi qaçılmaz görünür. Düşünürəm ki, təkcə insan sağlamlığı deyil, eyni zamanda 5G-nin yaratdığı intensiv elektromaqnit stress quşlar, arılar və həşəratlar kimi ekosistemə də zərər verəcək.
Bazara yeni bir dərman təqdim edilməzdən əvvəl illərlə bir çox sınaqdan və mərhələdən keçir. Odur ki, sağlam pilot tətbiqi olmadan insan sağlamlığına və bütün ekosistemə təhlükə yarada biləcək bir texnologiyanın tətbiqi çox təhlükəlidir. Bütün bunları nəzərə alaraq sağlamlığımız üçün havanı zəhərli tüstülərdən və dalğalardan təmizləməliyik. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1305   Tarix: 10 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri geyim seçimi qadin dunyasi arıqlamaq dietası qirmizi uzun donlar badimcan tursusu hazirlanmasi sağlamlıq xəbərləri kosmetika oğlaq turpun nağlı xerçeng toyuq salati vetene aid bayatilar