Türkiyənin tanınmış sənətçisi Azərbaycana gəlməkdən və layihəsini Azərbaycanda nümayiş etdirməyə QADAĞA QOYDU - FOTO FOTO

Türkiyənin tanınmış sənətçisi Azərbaycana gəlməkdən və layihəsini Azərbaycanda nümayiş etdirməyə QADAĞA QOYDU - FOTO FOTORecep İvedik sevərlərə bəd xəbərimiz var.
Çünki silsilə xarakterli komediya filmi "Recep İvedik"in qəhrəmanı, türkiyəli aktyor Şahan Gökbakar Azərbaycana qadağa qoyub.
Aktyor nəinki ölkəmizə gəlməkdən, hətta "prokat"a çıxan yeni - "Recep İvedik -5" komediya filminin burada yayımını da yasaqlayıb.
Buna səbəb isə filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub.
Xatırladaq ki, bu ilin əvvəlində filmin treyleri yayımlandıqda, ekran işində Recep İvedikin azərbaycanlı boksçunu döyərək, rinqin bir küncünə atması səhnəsi sosial şəbəkələrdə böyük səs-küyə rəvac verib.
Belə ki, azərbaycanlılar Receb İvedikin boksçunu döyərək rinqin bir küncünə atması səhnəsini tənqid atəşinə tutublar.
Bundan sonra aktyor Şahan Gökbakar "Instagram" bloqunda tənqidlərə cavab verməli olub:
"Biz üzmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv olmaz. "Recep İvedik 5" filminin anonsundakı boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə, filmdəki həmin səhnəni tam paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm".
Söz-söhbətin səngimədiyini görən türkiyəli aktyor azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən tamamilə çıxarıb:
"Həmin səhnə azərbaycanlı qardaşlarımıza "Salam" göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pis niyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, o səhnəni filmdən çıxarma, azərbaycanlıların belə bir tələbi yoxdur. Amma pis niyyətlilərin oyununu pozmalı idim və bunu da etdim". (BiG.AZ)

Xəbərlər     Baxılıb: 2684   Tarix: 18 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

gozel gorunmek qis geyimləri 2026 reseptler öd daşı kişi psixologiyası terminlər boyun osteoxondrozu kosmetika banan gulmeli hakista sevgi kokelmek hakista sozler