Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur

Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudurSiqaret çəkmək insan orqanizmində bir sıra xəstəliklərə səbəb olur. Bununla yanaşı iştahsızlıq yaradaraq həzm prosesini çətinləşdirir, sümük boşluğu və digər problemlərə zəmin yaradır. Aparılan araşdırmalar göstərir ki, siqaretin tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir. Lakin təəssüf ki, bir çoxları tütün məmulatlarından istifadəni həyatının ayrılmaz tərkib hissəsinə çevirib. Bunun səbəblərindən biri tütün məmulatlarının tərkibindəki nikotinin insanda asılılıq yaratmasıdır.
Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZƏRTAC-a deyib: "Tütün qəbulu, nikotin səbəbindən insanın ürək-qan-damar, həzm sisteminə, mədəyə və ağciyərə birbaşa zəhərli təsir göstərir. Elm sübut edib ki, tütün istifadə edənlərdə kardioloji xəstəliklər, infarkt riski tütündən istifadə etməyənlərlə müqayisədə daha yüksək dərəcədədir. Uzun müddət siqaret çəkənlərdə tənəffüs yollarına ciddi zərər dəyir, nəticədə bir çox tənəffüs problemlərinə zəmin yaranmış olur. Ən vacibi isə tütün qəbulunun ağciyər xərçənginin əsas risk faktoru olduğu sübut olunub".
Tütün asılılığından xilas olmağın yolları barədə məlumat verən mütəxəssis deyib: "İlk növbədə hər şey iradədən asılıdır. Daha yaxşı olar ki, tütündən birdəfəlik imtina edilsin. Əgər ciddi asılılıq və yanaşı gedən xəstəliklər varsa gündəlik tütün qəbulunu azaldaraq tədricən imtina etmək tövsiyə olunur. Təbii ki, belə şəxslərdə imtina prosesinin həkim nəzarəti altında həyata keçirilməsi həm də mövcud xəstəliyin müalicəsi baxımından da yardımçı ola bilər. Amma unutmaq olmaz ki, birdəfəlik imtinada uğur göstəricisi daha yüksəkdir. Bu baxımdan tütündən istifadə edən şəxslər məqsədyönlü şəkildə imtina etmək üçün cəhd göstərməli, sağlam həyat tərzi sürməli, fiziki aktiv olmalı və sağlam qidalanmalıdırlar. Bunlar prosesə dəstək verəm məqamlardır."
Siqaretin törətdiyi fəsadların qarşısını almaq və gəncləri bu zərərli vərdişdən çəkindirmək üçün ölkəmizdə 18 yaşından aşağı olanlara tütün məmulatları satışı qadağan edilib. Tütün məmulatlarının reklamına da icazə verilmir.
Siqareti tərgidəndən sonra orqanizmdə baş verən dəyişikliklərdən danışan mütəxəssis bildirib: "İlk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır, qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənməyə başlayır. İlk 8 saatda qanda oksigenin səviyyəsi normallaşır, infarkt riski azalır. 48 saat sonra qanda nikotinin səviyyəsi azalır. Üç gün sonra isə tənəffüs yolları və qida borusunun funksiyası yaxşılaşır. 12 həftə ərzində nikotin bədəndən tam şəkildə çəkilir, ağciyərlərin funksiyası bərpa edilir, əl və ayaqdakı keyimələr aradan qalxır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 31 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

geyim necə seçməli aksessuarlar toy makiyaji sekilleri sevgi dünyası bas ortuleri 8 mart tebrikleri praktiki məsləhətlər kosmetika haxista sanama naz mila seksler masturbasiya nedir