Unikal ürək plastırı kardiologiyada inqilab edəcək
Dublində Müqəddəs Üçlük Kollecinin alimləri ürək tutmasından sonra ürəyi "təmir" etməyin yolunu tapıblar. İnfarkt keçirdikdən sonra ürəkdə yara toxuması yaranır ki, bu da orqana normal işləməyə mane olur. Son zamanların tendensiyası yeni və sağlam hüceyrələri tətbiq edən plastırlardan istifadədir.
Milli.Az chip.az-a istinadən bildirir ki, bu plastırların bir çatışmazlığı var. Bir qayda olaraq, onlar ürək hüceyrələri ilə örtülmüş poliester əsaslı termoplastik polimerlərdən hazırlanır. Plastırlar ürəyə cərrahi yolla yapışdırılır. Lakin ürək daim döyünür və onun toxumaları sıxılır, dartılır ki, bu da hüceyrələrin zonada dayanmasını çətinləşdirir. İrlandiya mütəxəssisləri fiziki cəhətdən ürək toxumalarını təqlid edən material hazırlayıblar.
Yeni plastırlarda hüceyrə yoxdur. O, elektrik keçirən materialdan istehsal edilib. Bu materialı əldə etmək üçün alimlər lifə çevrilən əridilmiş polimer axınının çökməsinə nəzarət üçün elektrik sahəsindən istifadə edən texnologiyaya müraciət ediblər. Burada strukturun həndəsəsinə lif səviyyəsində nəzarət etmək mümkündür. Bu, ürək toxumasını maksimal dəqiqliklə simulyasiya etməyə imkan verir.
Tədqiqatçılar göstəriblər ki, plastır dəfələrlə dartılmaya davam gətirə bilər və insanın ürək toxumasını təqlid edən elektrik keçirici xüsusiyyətlərə malikdir. Deməli, yeni material siqnalların elektrik ötürülməsinə imkan yarada bilər. O, mexaniki gərginliyi minimuma endirərək, ürək tutmalarını sinxronlaşdıra bilir.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları