Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB
Çox insan xörəkləri duzlu yeməyi xoşlayır. Hətta normal olmasına baxmayaraq, dadına belə baxmadan əlavə duz tökənlər var. Bu həm vərdiş, həm xoşlamaqla bağlıdır.
Milli.Az xəbər verir ki, adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.
Bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.
Artıq miqdarda orqanizmə daxil olan duz ciddi pozulmalara səbəb olur. Mayenin çıxmasını ləngidir və orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödemlərə səbəb olur. Əgər belə hal daim təkrarlanırsa, bu ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.
Ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün qidalanmada duzun miqdarının azaltması həyati vacib məsələdir. Bu səbəbdən kardioloqlar öz pasiyentlərinə duzun miqdarını azaltmağı tövsiyə edirlər.
Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır.
Həmçinin böyrəklər üçün də ziyanlıdır - böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər. (publika.az)
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Xərçənglə bağlı çağırış
Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir
Survivor' Serenay bu azərbaycanlı ilə sevgilidir
Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Bu testdən keçməyən yumurtanı əsla yeməyin