Ürək çatışmazlığı zamanı dərmansız müalicə

Ürək çatışmazlığı zamanı dərmansız müalicəÜrək çatışmazlığı zamanı dərman müalicəsi ölüm hallarının və əlilliyin azalmasına səbəb olur. Dərmanların erkən təyini, sol mədəciyin sistolik disfunksiyasının simptomsuz gedişində klinik əlamətlərin qarşısını alır. Ancaq optimal dərman müalicəsinə baxmayaraq, ürək çatışmazlığının III-IV funksional dərəcəsində ölüm faizi yüksək olaraq qalır. Bu xəstələrin çoxu praktiki olaraq əmək qabiliyyətlərini itirir, təkrar həkim müayinələrinə və xəstəxanalarda yatmağa məruz qalırlar.

Ürək çatışmazlığının mülayim və ağır formalarında dərmansız müalicə xəstələrdə simptomların azalması və onların həyat keyfiyyətlərinin artmasına yönəlmişdir. Dərmansız müalicə 3 əsas qrupa bölünür:
1. Fiziki məşqlər və reablitasiya
2. Psixoloji durum və davranışa təsir
3. Xəstənin özünəyardım metoduna yiyələnməsi.
Xanim.az immunitet.az-a istinadən bildirir ki, fiziki məşqlər xəstələrdə ürək çatışmazlığının simptomlarının kəskinliyini və sinir sisteminin aktivliyini azaldır, eyni zamanda parasimpatik sinir sisteminin aktivliyini artırır. Nəzərə alsaq ki, parasimpatik sinir sisteminin aktivliyinin azalması ürək çatışmazlığı zamanı ölüm hallarının artmasına səbəb olur, belə nəticəyə gəlmək olar ki, fiziki aktivlik ürəkdə baş verən aritmiyaların sayını azaltmaqla ölüm faizinin aşağı düşməsinə səbəb olur. Fiziki məşqlərdən sonra simpatik sinir sisteminin aktivliyinin azalması onu göstərir ki, doğurdan da uzunmüddətli məşqlər ürək çatışmazlığı zamanı sol mədəciyin disfunksiyasının proqressivləşməsinin qarşısını alır.
Psixoloji duruma və davaranışa təsir göstərən metodlar xəstələrin daxili gərginliyinin azaldılmasına, sakitləşməsinə xidmət edir. Bütün bu metodların məqsədi xəstədə psixoloji gərginliyi azaltmaq və bununla əlaqədar olaraq həyat tərzini dəyişməkdən ibarətdir.
Xəstələrin ailədən aldığı dəstək ürək çatışmazlığı zamanı xəstələri üçün daha çox əhəmiyyət kəsb edir.
Ürək çatışmazlığı xəstələrinin müalicəsinin çətinliyi ancaq kliniki əlamətlərin ağırlığı və xarakteri ilə əlaqədar deyil. Bu həmçinin xəstənin öz xəstəliyi haqqında bilməməsi, həkimlə əməkdaşlıq edə bilməməsi, ürək çatışmazlığı əlamətlərinin erkən müşahidə edə bilməməsdindən, özünə yardım edə bilməməsindən də asılıdır.
Özünəyardımın müsbət nəticəsi aşağıdakılardan asılıdır:
- xəstənin öz xəstəliyi barədə məlumatın dərəcəsinin az olmasından
- xəstəyə yardım edən və psixoloji dəstək duran adamın şəxsi qabiliyyətindən
- xəstənin müalicədən sonra nəticələrin pis olmasını bilməməsindən
- yanaşı gedən xroniki xəstəliklərin ağırlıq dərəcəsindən.
Xəstə bəzi metodlarla özünə yardım edə bilər:
- həkimlə əlaqə saxlayaraq
- qidalanmasına nəzarət edərək
- xörək duzunu azaldaraq
- qəbul etdiyi bütün dərmanların qəbul qaydalarını və dozalarını bilərək
- özündə baş verən patoloji dəyişiklikləri həkimə dərhal xəbər verərək
- gündəlik fiziki aktivliyi planlaşdıraraq.
Xəstəni əhatə edən adamların belə xəstələrlə davranışı da xəstəliyin gedişində mühüm rol oynayır. Dərmansız təsirlər və dərman müalicəsinin birlikdə təsiri isə müalicənin effektivliyini artırır.

Xəbərlər     Baxılıb: 4934   Tarix: 18 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

turlar.az

sac duzumleri geymler 2026 yay kolleksiyasi evin bəzədilməsi gənc ana sifahi xalq ədəbiyyatı növləri gözəllik sirləri kosmetika həmidə novruz haqistalari sağlamlığa aid atalar sözləri ana haqqinda bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır