Ürək çatışmazlığına səbəb olan problem: Kardiomiopatiya nədən yaranır?

Ürək çatışmazlığına səbəb olan problem: Kardiomiopatiya nədən yaranır?Günümüzdə ürək problemlərinə geniş rast gəlinir. Yaşından asılı olmayaraq çoxları ürək problemlərindən əziyyət çəkir. Ürək xəstəliklərindən biri də kardiomiopatiyalardır. Ürək əzələsinin xəstəliyi hesab olunan bu problem nədən yaranır? Əlamətləri necə olur? Ən çox kimlərdə rast gəlinir?
Milli.Az e-tibb.az-a istinadən mütəxəssis-kardioloq Gülanə Ağayevanın kardiomiopatiyalar barədə məqaləsini təqdim edir:
Kardiomiopatiya dedikdə ürəyin əzələ xəstəliyi nəzərdə tutulur və bu, nəticə olaraq ürək çatışmazlığına gətirib çıxarır. Ürəyin atım fraksiyasının azalması ilə nəticələnən kardiomiopatiyalar, bir çox səbəblərdən yarana bilir və əmələ gəlməsinə görə genetik  və sonradan yaranmış olmaqla iki qrupa ayrılır.
Genetik səbəbli kardiomiopatiyalar ailənin bir neçə fərdində rast gəlinə bilir və adətən daha erkən yaşlarda ortaya çıxır.
Sonradan yaranan kardiomiopatiyaların isə səbəbləri çox və müxtəlifdir. Ürək-damar problemləri, keçirilmiş miokard infarktı, uzunmüddətli alkoqol və narkotik istifadəsi, ürək əzələsinin keçirilmiş infeksiyaları, hər hansı bir başqa xəstəlikdən sonra yaranan və s.
Xəstəliyin əsas əlamətləri tənginəfəslik, boğulma, halsızlıq, fiziki aktivliyə tolerantlığın azalması olsa da, bəzi xəstələrdə bu simptomlar uzun müddət yaranmaya bilir ki, bu da xəstəliyin diaqnozunu gecikdirir. Əgər kardiomiopatiyalar yanaşı olaraq ürəkdə ritm problemlərinə səbəb olarsa, xəstələrdə döyüntü, bayılma hətta ani ölüm belə, yarana bilir.
Kardiopmiopatiyaların səbəbləri müxtəlif olsa da, hər biri ürək çatışmazlığı ilə nəticələndiyindən bu xəstələrdə öncə ürək çatışmazlığı müalicəsi aparılaraq xəstənin vəziyyəti yüngülləşdirilir, xəstəliyin səbəbi araşdırılır və mümkündürsə səbəbə yönəlik müalicə aparılır. Məsələn, qeyd edə bilərik ki, alkoqol istifadəsi nəticəsində yaranan kardiopmiopatiyalar düzgün və vaxtında diaqnoz qoyularsa, alkoqol istifadəsinin kəsilməsi və düzgün müalicə ilə qısa müddət ərzində müalicə olunur.
Əksər kardiomiopatiyaların isə uzunmüddətli proqnozu pis olub, ürək çatışmazığı, ciddi aritmiyalar və uzun müddətli müalicə olunan xəstələrdə hətta psixoloji problemlərə gətirib çıxarır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1772   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista