Ürək problemləri bu yaşdan başlayır - Həmin vaxt nə yemisinizsə, qocaldıqca

Ürək problemləri bu yaşdan başlayır - Həmin vaxt nə yemisinizsə, qocaldıqcaAlimlər ürək sağlamlığının əsas dövrünün 17-25 yaş arasında olduğunu müəyyən ediblər.
Milli.Az xəbər verir ki, Cənubi Karolina Universitetinin Tibb Bacılığı kafedrasının dosenti Cuel Skott "The Conversation" nəşrinə açıqlamasında bildirib ki, ürək sağlamlığı orta yaşda birdən-birə pisləşmir, bu proses çox əvvəldən başlayır və adətən insanın diqqətindən kənarda qalır.
Tədqiqatlar göstərir ki, dönmə nöqtəsi təxminən 17 yaşında baş verir. Bu dövrdə qidalanma keyfiyyəti, fiziki aktivlik, yuxu rejimi və qan təzyiqi ilə bağlı göstəricilər azalır.
"Məktəbi bitirən dövrdə bir çox gənclərdə ilk risk faktorları görünməyə başlayır. Ən çox rast gəlinən nəticə damarların içində yağ plaklarının yaranması, qan dövranının çətinləşməsi və infarkt riskinin artması ilə müşayiət olunur", - deyə ekspert qeyd edib.
Skottun sözlərinə görə, əsas səbəblər arasında piylənmə, oturaq həyat tərzi, tez-tez fastfud, alkoqol və nikotin məhsullarının qəbulu durur.
Xüsusilə narahatedici hal kimi o, gənclər arasında nikotin istehlakının artmasını vurğulayıb. 2002-2018-ci illərdə ABŞ-da 18-23 yaş arası gənclərin siqaret, veyp və digər nikotin məhsullarından istifadə edənlərin sayı təxminən iki dəfə artıb. Skott bildirib ki, nikotin damarları zədələyir və aterosklerotik plakların yaranmasını sürətləndirir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1232   Tarix: 27 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

turlar.az

geyim dəbləri geyim şəkilləri qadın geyimi məmməd ismayıl bizim məşhurlar dirnaqlar ucun maska praktik məsləhətlər kosmetika vusale elizade yemek reseptleri geyim şirin qoğal video