Ürək xəstəliklərindən qorumağın yolu açıqlandı
ABŞ-ın Çan Xalq sağlamlığı Məktəbinin alimləri ürək-damar xəstəliklərindən qorunmaq üçün yeni bir üsul kəşf edib.
Publika.az xəbər verir ki, bu barədə "JAMA Internal Medicine" jurnalında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar Aralıq dənizi pəhrizi daxil olmaqla alternativ sağlam qidalanmanın müxtəlif növləri və dörd sağlam yemək nümunəsinin göstəricilərini araşdırıb.
İndeks hesablama üsulları fərqli olmasına baxmayaraq, modellərin hər birinə tam taxıl, tərəvəzlər, meyvələr və daha az qazlı içkilər, qırmızı və işlənmiş ət daxil edilib.
Mütəxəssislər iki il ərzində 165,794 qadının və 43.339 kişinin sağlamlıq məlumatlarını təhlil edib. Yaş, bədən kütləsi indeksi və siqaret çəkmək daxil olmaqla çoxsaylı amilləri nəzərə aldıqdan sonra məlum olub ki, sağlam qidalanma rejiminin hər hansı birinə ciddi riayət olunması ürək-damar xəstəlikləri risklərini aşağı salır. Eyni zamanda, sağlam pəhrizin ən yüksək indeksi xəstəlik ehtimalını 14-21 faiz azaldıb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar