Ürək xəstəliyi ilə hamilə qalmaq olarmı?
Hamiləlik dövründə ürək-damar sistemində böyük dəyişikliklər baş verir. Hamiləliyin 32-ci həftəsində ümumi qan həcmi 50% artır. Ürəkdən vurulan qanın həcmi 30-50% artır. Həmçinin ürəyin yükü artdıqca qan təzyiqi 10% azalır.
Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev xəstə ürəklə hamiləliyin baş tutmasından danışıb.
Uzman həkim bildirib ki, normal hamiləlikdə ürəyə əlavə yük düşür. Buna görə də, əvvəlcədən ürək xəstəliyi olan qadınların bu artan yükə uyğunlaşması çətin ola bilər. Bu, ana və körpə üçün təhlükə yaradır:
"Əvvəlcədən diaqnoz qoyulmuş ürək xəstəliyi varsa, hamilə qalmazdan əvvəl ürək xəstəlikləri mütəxəssisinə müraciət etməli, hamilə qalsanız hər hansı bir problemin olub-olmayacağını öyrənməlisiniz. O, icazə verilən vaxtda hamilə qalmağınız tövsiyə olunur".
Həkim qeyd edib ki, ürək xəstəliyi məlum olan hamilə qadınlar, kardioloq, mama - ginekoloq komanda işi prinsipi ilə izlənilməlidir.
Öncədən bilinən ürək xəstəliyiniz varsa, hamiləlikdən əvvəl planlaşdırma və qoruyucu tədbirlərin görülməsi vacibdir.
Milli.Az / news.milli.az









Hakışta
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
"Uzak Şehir" bu tarixdən başlayır
"Ana-oğul" arasındakı 9 yaş fərqi müzakirə yaratdı
17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq
Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı
Bergüzar Korel "A.B.İ."də
Yeni orqan kəşf edildi
Məşhur aktyorun son halı görənləri təəccübləndirdi – FOTO