Ürək xəstəliyi riskini artıran gizli faktor
Depressiya əlamətləri olan insanlar ruhi sağlamlıq problemi olmayanlara nisbətən daha çox ürək xəstəliyi və iflic olma riski altındadır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "British Heart Foundation" Kembric Universitetinin araşdırmasına istinad edərək məlumat yayır.
Alimlər əvvəllər ürək problemləri ilə qarşılaşmayan yarım milyondan çox insanın tibbi qeydlərini təhlil ediblər. Tədqiqat iştirakçıları son iki həftədə əhval-ruhiyyə və depressiya yaşaya biləcəkləri ilə bağlı suallara verdikləri cavablara əsasən qiymətləndiriliblər.
Bu simptomlardan əziyyət çəkənlərə yüksək, qalanlarına isə aşağı bal verilib.
On il sonra mütəxəssislər ən ağır depressiya əlamətləri olan insanların sonradan ürək problemlərinə daha çox meylli olduqlarını müəyyən ediblər.
"Bu, depressiya ilə əlaqəli hisslərin gələcəkdə ürək problemləri və insult ehtimalı ilə əlaqəli olduğuna dair bu günə qədər göstərilən ən böyük dəlildir", - deyə professor Emanuel Di Angelantonio bildirib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir