Ürəkdə problem olduğunu göstərən ƏLAMƏTLƏR

Ürəkdə problem olduğunu göstərən ƏLAMƏTLƏRƏn geniş yayılan və ağırlaşmalara, ölümə səbəb olan xəstəliklər sırasında ürək problemləri ilk yerlərdə gəlir. Son illər ürək problemlərinin yaşı xeyli cavanlaşıb. Mütəxəssislər hesab edir ki, ürək problemləri vaxtında aşkarlananda hər hansı fəsada səbəb olmur və əksər hallarda aradan qaldırılır. Ona görə də profilaktiki olaraq müayinələrdən keçmək və ilkin əlamətlərə diqqət yetirmək tövsiyə olunur. Ürəkdə olan problemlər hansı əlamətlərlə özünü büruzə verir?
Milli.Az e-tibb.az-a istinadən ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyevin bununla bağlı açıqladığı məlumatı təqdim edir:
Ürək xəstəlikləri adətən gizli inkişaf etdiyi üçün məsləhət görərdik ki, ürək xəstəliklərinə işarə edən simptomlara diqqət edəsiniz. Bununla da  zamanında müdaxilə ilə həyatınızı qurtarmaq mümkün olsun.
Xəstə ürəyin əlamətləri hansılardır?
Tənginəfəslik. Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə tənginəfəs olursunuzsa, bu, ürəyin zəifləməsinə işarə edir.
Baş gicəllənməsi və ürək döyünməsinin artması. 
Sinədə ağrılar - Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər. Sinədə ağrılar sizi tez-tez narahat edirsə, vaxt itirmədən həkimə müraciət edin.
Yuxu problemləri və yorğunluq. Özünüzü daim yorğun hiss edirsiniz, tez yorulursunuzsa, yuxusuzluq sizi narahat edirsə, gecə tez-tez oyanırsınızsa, bu, ciddi ürək problemlərinə işarə edən simptomlar ola bilər.
Ürək tutması və ya infarktdan 1 həftə əvvəl pasiyentlər güclü yorğunluq hiss edir və bu yorğunluq hətta dincələndən sonra azalmır.
Soyuq tər - ürək fəaliyyətinin zəifləməsinə işarə edir.
Ayaqların şişməsi - ürəyin fəaliyyəti zəifləyəndə qan dövranjı pozulur və bu da şişkinliyə gətirib çıxarır.
Dəridə solğunluq - dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu, ürək problemlərinə işarədir.
Keçməyən öskürək - ürəyin fəaliyyəti pozulanda maye ağciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir.
Əgər sizdə bu simptomlardan bir neçəsi varsa, mütləq həkimə müraciət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1694   Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar