Ürəyi məşq və pəhrizlə də qorumaq olur

Ürəyi məşq və pəhrizlə də qorumaq olurQidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev deyib. Ürək sağlamlığının qorunmasında qidalanma tərzi barədə danışan mütəxəssis bildirib ki, burada məşq və pəhriz aparıcı rol oynayır.
Onun sözlərinə görə, həftədə minimum 150 dəqiqə sürətli tempdə gəzmək kifayətdir. İstər həftədə 75 dəqiqə, istərsə də 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır.
Həkim vurğulayıb ki, ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməlidir, qırmızı əti mümkün qədər azaltmaq tövsiyə olunur: "Burada iki qidalanma tərzini xüsusilə vurğulamalıyıq: Birincisi, duzun miqdarını azaltmaq lazımdır. Duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığına, infarkta və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək. Digər vacib məqam yağsız yeməklərdir. Əsasən qızartma yeməklərdən uzaq durmağa çalışın, yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infakt və insult yaranması riskini artırır. Qırmızı ət və ya digər qidalar yeyərkən, qızartmaq əvəzinə qaynatmağı və ya sobada bişirməyi məsləhət görürük".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar