Uşağı ana südündən ayırmağın YOLLARI

Uşağı ana südündən ayırmağın YOLLARIMəlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir. Aile.lent.az əmizdirməni dayandırmaq istəyən analara bəzi məsləhətlər verir.

Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı deyil, ananın da ruh sağlamlığına müsbət təsirləri var. Ancaq uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərara vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır.

Əmizdirməni dayandırmaq üçün doğru zaman

Döşdən kəsmə dövrü bir çox ananın emosional yaşadığ müddətdir. Unutmayın ki, bu dövrdə ana da ən az körpə qədər yorulur. Bu müddətdə qərarlı davranmalısınız. Qərarsızlıq və davamlı yenidən başlamalar uşağa da mənfi təsir edir. Əgər əmizdirməyi dayandırmağı sınadınızsa və heç bir formada müvəffəqiyyət qazanmadınızsa, bəlkə də bu, körpə üçün uyğun zaman deyil.

Əmizdirməni tərgidərkən bunları edin

Körpəni ana südündən ayırarkən onun emosional zədə yaşamasını istəmirsinizsə, bunları edin:

• Əmizdirməyi dayandırmaq qərarına gəlmisinizsə, lakin buna əmin deyilsinizsə, mənfi hallar yaşamamaq üçün mütləq həkiminizə məsləhətləşin.

• Əmizdirmək altıncı aydan sonra körpə ilə ana arasında bir əlaqə halına gəlir. Əmizdirmə müddətini ani bitirmək körpə üçün travmatik ola bilər. Bu səbəbdən də yavaş-yavaş və alışdıraraq sonlandırın.

• Əmizdirməni ani və erkən bitirmək yalnız körpəyə deyil, anaya da təsir edir. Süd yığılmasına bağlı həddindən artıq gərginlik, hətta mastit ola bilər. Ana bu vəziyyətdə döşlərini sağaraq boşaltmalıdır.

• Əmməni vərdiş halına gətirən körpəni ana südündən ayıranda artıq ananın onu sevmədiyini, onu tərk etdiyini düşünə bilər. Bu dövrdə ətrafınızdakı insanlar sizi əvvəlkindən daha çox dəstəkləməlidir.

• Əmizdirməni tərgitmə müddətində körpənin həyatında hər hansı bir stress (ananın işə başlaması, yeni dayə, xəstəlik, diş çıxartma dövrü) varsa, bu cəhdiniz müvəffəqiyyətsiz ola bilər.

• Əmizdirməyi tədricən, pillə-pillə tərgitməlisiniz. İlk olaraq günorta yeməyi kəsilə bilər. Ən son gecə qidalanması tərgidilməlidir. Bir pay kəsildikdən 2-3 gün sonra digər pay kəsilməlidir. Kəsilən pay əvəzinə uşağa sevdiyi başqa bir qidanı verərək əmizdirməni unutdurmağa çalışın.

• Əmizdirmə sayını azaldarkən müddətləri də azaltmağa çalışın.

• Əmizdirmə körpə üçün sanki bir ritualdır. Bu ritualda da dəyişiklik edilə bilər. Əmizdirmə əsnasında vərdiş edilən şeyləri dəyişdirə bilərsiniz. Fərqli otağa keçmə, hər zaman vərdiş etdiyi döşəyi dəyişmək və s.

• Gecə yatan zaman qaydaları dəyişmək üçün ana yox, ata körpənin yanına gedə bilər. Bəzən su, bəzən də sevgisini verə bilər. Gündüz ana ətrafında olmadıqda atasının yemək verməsi faydalı ola bilər.

• Əmmək istədiyi zamanlarda diqqətini xoşuna gələn bir fəaliyyətə yönəldə bilərsiniz. Danışmağı anlayacağı yaşda isə danışaraq bir sonrakı səfərə təxirə sala bilərsiniz.(lent.az)

Ailə və Uşaq     Baxılıb: 3538   Tarix: 25 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

yay geyimləri 2026 donlar 2026 geyim dəbləri eşq və məhəbbət sərxan kərəmoğlu ancelinacoli huseyn cavid seirleri kosmetika rəksanə qu quşu brusell bakteriyası kəlamlar vusale elizade