Uşağın cinsinin planlaşdırılması realdır?

Uşağın cinsinin planlaşdırılması realdır?İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.
Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.
Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.
Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq. Buna görə də kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan "narazılığının və iddiasının" heç bir əsası yoxdur. Məhz eyni səbəbdən körpənin cinsinin planlaşdırılması üzrə anaya - onun yaşına, doğum tarixinə, pəhrizinə və s. xüsusiyyətlərinə aid olan bütün hesablamalar da əsassız və yanlış hesab edilməlidir ("yeni qan", "qanın yeniləşməsi" və s. "üsulları").
Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-xromosom olçülərinə və ağırlığına görə Y-xromosomdan dəfələrlə artıq olur. Ona görə də X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.
Spermatozoidlə mayalanma yalnız yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından sonra (ovulyasiya) baş verə bilər. Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün saxlayır. Əgər cinsi akt ovulyasiyadan bir neçə gün qabaq olmuşsa, çox ehtimal ki, qız uşağı doğulacaqdır. Çünki bu zaman qadının cinsi yollarında yalnız daha uzun omürlü, davamlı və güclü olan X-spermatozoidləri qalmış olur. Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə və ovulyasiyaya qədərki 1 həftə ərzində onlar cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər. Çünki daha yüngül və daha hərəkətli olan Y-spermatozoidlər yumurta huceyrəsinə daha tez çataraq (daha ağır və ləng olan X-spermatozoidləri qabaqlayaraq) onu mayalandırır.
Bu metod 100% dəqiq olmasa da, daha düzgün və effektli sayıla bilər.
Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü dəqiq hesablamaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, keçirilən streslərin təsirindən, antibiotiklərin qəbulundan, iqlim dəyişməsi nəticəsində ovulyasiya günü bəzi hallarda dəyişə bilər.
EKM - ekstrakorporal mayalanma - ösulu çərçivəsində lazer texnologiyasının köməkliyi ilə spermatozoidləri X və Y-növlərinə ayırmaq mümkündür. Ayrılmış X və ya Y-spermatozoid laborator şəraitdə (şüşə borusunda) yumurta hüceyrəsini mayalandırır. Sonra arzu edilən oğlan və ya qız rüşeymini əldə edərək onu qadının uşaqlıq boşluğuna daxil edirlər.
Qeyd edək ki, adı çəkilmiş üsulların heç biri arzu edilən nəticənin əldə edilməsinə 100% təminat vermir. Bundan başqa yadda saxlamaq lazımdır ki, cinsindən asılı olmayaraq ailədə sağlam uşağın doğulması ən əhəmiyyətli və xoşbəxt hadisədir.

Müqəddəs Quranda ALLAHIN adından belə deyilir:

"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir" (əş-Şura, 49).

"Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…" (Rad, 8)

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1947   Tarix: 05 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

həkim məsləhəti qis geyimləri 2026 aksessuarlar 2026 hicab ayaq dirnaqlarina qulluq kosmetika findiq yaginin faydalari kosmetika vetene aid atalar sozleri bayatılarımızda vətən həsrəti azerbaycanli is adami amerikada gullelendi şebnem tovuzlu yuxuda qara ilan gormek