Uşağın çöpçüyə aparılması doğrudurmu? - "Körpə tələf ola bilər"

Uşağın çöpçüyə aparılması doğrudurmu? - "Körpə tələf ola bilər"Son günlər həm yazılı mətbuatda, həm də sosial şəbəkələrdə "çöpçü"lər mövzusu müzakirə olunur.

Medicina.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çöpçülük türkəçarədir: "Tibb elmində bu qəbuledilməzdir. Onların fəaliyyətini digər qurumlar araşdıra bilər. Qanuni olub-olmamasını, vergi yaxud fəaliyyət məsələləri digər nazirliklər tərəfindən araşdırıla bilər. Ancaq Səhiyyə Nazirliyi əhalini türkəçarələrə yox, hər hansı bir hal baş verdikdə həkimə müraciət etmələrini tövsiyə edir".

Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov isə problemin həllinin elə də asan olmadığını bildirib. O qeyd edir ki, çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz Həkiminə müraciət edir: "Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır.

Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cisimləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb".

LOR həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını deyib: "Çöpçü dediyimiz "mütəxəssis" hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir.

Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu baxımdan, hər hansı bir kənddə, ya evdə belə prosedurun aparılması düzgün deyil. Çox risklidir.

Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var".

Mütəxəssis tövsiyə edir ki, qida qəbulu zamanı danışmaq və ya diqqətin dağılması halı olmamalıdır.

Xəbərlər     Baxılıb: 1555   Tarix: 26 yanvar 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi