"Uşaq qəbirstanlığı" adlanan xəstəxana daha bir can aldı: Ailə dağıldı, ana psixoterapiya alır - VİDEO

"Uşaq qəbirstanlığı" adlanan xəstəxana daha bir can aldı: Ailə dağıldı, ana psixoterapiya alır - VİDEOK.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) uşaq ölümləri ilə bağlı zaman-zaman mətbuatda çoxlu sayda xəbərlər dərc edilib.

AZXEBER.COM-a müraciət edən Murad Qasımov adlı vətəndaş da sözügedən xəstəxanada başlarına gətirilən hadisə haqqında danışıb. Onun sözlərinə görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub:

"Mənim qızım 19 yaşındadır və çox tez ana olub. Yoldaşı hərbçi olduğu üçün onlar Zaqatalada yaşayıblar. Uşaq müəyyən səbəblərə görə 7 aylığından dünyaya gəlib və Zaqatalada baxa bilmədikləri üçün onu Şəki Doğum Evinə göndəriblər. Elə burada da uşağa heç bir yardım edə bilmədikləri üçün 2016-cı ilin avqusutun 31-də Bakıya göndərirlər. Bakıda "OMD" uşağı qəbul edir və həmin gecə reanimasiyaya qoyurlar. 6 gün süni nəfəs aparatında qalandan sonra sentyabrın 6-da uşaq rəhmətə gedir".

M.Qasımovun sözlərinə görə aparılan araşdırmalar nəticəsində uşağın ölümünə müxtəlif diaqnozlar qoysalar da, Səhiyyə Nazirliyinin rəsmi təqdim etdiyi sənəddə "müəyyən qüsurlar" nəticəsində ölüm faktının gerçəkləşdiyi qeyd edilib:

"Bu söz mənə təqdim edilən sənədin üzərində yazılıb - "müəyyən qüsurlar". Heç kim bunu dilə gətirmir. Bu sadəcə həkim səhlənkarlığının nəticəsində baş verən bir hadisədir. Uşaq 6 gün boyunca hər kəsə baxıb gülürdü. Necə olur ki, 6 gün sonra bu hadisə baş verib?".

Şikayətçi "OMD"də 6 gün ərzində gördüyü mənzərənin utancverici olduğunu da deyib. Belə ki, gələn xəstələrdən burada həkimlər, tibb bacıları tərəfindən heç bir əsası olmadan pullar alınır. Xəstəxana rəhbərliyi isə heç kimdən qorxmadığını açıq şəkildə ifadə edir:

"Kim istəsə gedib öz gözləri ilə baxa bilər. Buranın xəstəxana yoxsa bazar olmasını heç kim ayırd edə bilməz. Xəstə yaxınlarını tamamilə soyurlar. Hər şeyi onlara aldırır, bütün addımlarında "pul-pul" deyə şərt qoyurlar. Xətəxananın direktoru Nəsib Quliyevə də dedim. Dedim ki, bu işi buraxın gedin. Camaatı bədbəxt edirsiniz, uşaqlar savadsızlığınızdan ölürlər. Heç nə demədi, girdi kabinetinə. Həyətdə isə Nəsib Quliyev başda olmaqla nə qədər şöbə müdirlərinin yüzminlik maşınları düzülüb. Bunları görən kim araşdıracaq?".

M.Qasımov öz hüquqlarını qanun çərçivəsində apardığını deyib. O, 2016-cı ilin sentaybrın 6-dan etibarən bu işin arxasına düşdüyünü və bir çox qurumlara şikayət ərizələri yazdığını əlavə edib. İşə hazırda, Yasamal Rayon Prokurorluğunun baxdığını bildirib:

"Bu gün prokurorun qəbulunda olacam. Bir baba kimi və ən əsası bir ata kimi işin arxasında düşəcəm. Çünki qızım artıq gözlərimin önündə əriyir. Onun ailəsi də dağıldı. Kürəkənim onu tərk edib getdi. Qızım isə hazırda psixoterapiya alır. Nə zaman özünə gələcəyini bilmirəm. Ancaq mən bu işi davam etdirəcəm".

Murad Qasımovun körpənin ölümündən öncə çəkdiyi görüntülərini redaksiyamıza göndərib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərlər     Baxılıb: 4487   Tarix: 09 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

kosmetoloq toy makiyajlari qadın geyimi qadin dunyasi.az xallarin menasi alin yazisi xanim qafarova masqalar kosmetika sağlamlığın sirleri azerbaycanli is adami amerikada gullelendi vetene aid atalar sozleri qiz adlari zehmet ve zinet