"Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb" - Həkimdən xəbərdarlıq
"Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Bu kompüter göz sindromu da hesab edilir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq-cərrah Nigar Həsənova deyib.
Həkim qeyd edib ki, ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Buna görə də müəyyən müddətdən bir fasilə vermək və sadə göz nəmləndirici damlalardan istifadə etmək tövsiyə olunur:
"Gecə, qaranlıqda ekranlara baxmaq daha təhlükəlidir. Göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. Xüsusən də azyaşlıların qaranlıqda ekrana baxması daha təhlükəlidir".
Həkim əlavə edib ki, ümumiyyətlə uşaqlar arasında zəifgörmə səviyyəsi artıb:
"Uşaqların kiçik ekrandan istifadəsini məhdudlaşdırmaq lazımdır. Bu həm də uşaqların görmə itiliyini aşağı salır. Bunu uşaqlar hiss etmir. Uşaqlar görməsi 10-20% olana qədər zəif gördüklərini hiss etmirlər".
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu