Uşaqlar kişilərin sağlamlığına necə təsir edir?

Uşaqlar kişilərin sağlamlığına necə təsir edir?Araşdırma nəticəsində məlum olub ki, uşaq sahibi olan kişilərin ürək sağlamlığı övladı olmayanlara nisbətən daha pisdir.
Milli.Az lent.az-a istinadən bildirir ki, ABŞ-ın bir neçə universitetinin mütəxəssislərinin apardığı yeni araşdırmaya görə, ataların ailədəki rolu onların ürək-damar sisteminin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqat nəticəsində məlum olub ki, uşaq sahibi olan kişilərin ürək sağlamlığı övladı olmayanlara nisbətən daha pisdir.
Araşdırma çərçivəsində 45-84 yaş arası 2814 kişinin ürək-damar sağlamlığını təhlil edilib, onların 82 faizi ata olub. Qiymətləndirmə Amerika Ürək Assosiasiyası tərəfindən müəyyən edilmiş ürək sağlamlığının yeddi əsas göstəricisinə əsaslanıb.
Nəticələr göstərib ki, uşaq sahibi olan kişilərdə daha çox ürək problemləri yaranır, bu da uşaq sahibi olduqdan sonra həyat tərzinin dəyişməsi ilə bağlıdır.
Tədqiqatçılar, valideynlik və uşaqlara qulluq etmək məsuliyyəti ilə əlaqəli stress səviyyələrinin kişilərin qidalanmasına və fiziki fəaliyyətinə mənfi təsir göstərə biləcəyini irəli sürüblər. Ürək vəziyyəti xüsusilə 25 yaşından əvvəl ata olanlarda daha pis olub. Gənc valideynlər maddi cəhətdən daha az dayanıqlı və daha az yetkin ola bilər, bu da onların sağlamlığına təsir edə bilər.
Alimlər qeyd edirlər ki, onların işində müəyyən məhdudiyyətlər var, lakin mövzunun daha da öyrənilməsinə çağırırlrar. Uşağın doğulmasının həyat tərzinə əhəmiyyətli dərəcədə təsir etdiyini və ciddi xəstəliklərin inkişaf riskini nəzərə alaraq, erkən atalıq dövründə kişilərin sağlamlığına xüsusi diqqət yetirilməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 2042   Tarix: 04 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

makiyaj instagram həkim məsləhəti kosmetoloq aybaşının gecikməsi səbəbləri ziyafət geyimləri 2026 un geyimleri pul kisəsi kosmetika usaq geyimleri sevda narin faydasi vətən haqqında atalar sözləri gözellik