Uşaqlar üçün ölümcül oyunlar

Uşaqlar üçün ölümcül oyunlar"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər. Buna görə də övladlarla su hövzələrində və ətrafında davranışın bütün əsas qaydalarını mütləq danışmalıdır. Bu, uşağın yaşından asılı olmayaraq edilməlidir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq, allerqoloq-immunoloq və pediatr Pavel Berejanski xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, hər hansı qaydanı izah edərkən uşağın dinlədiyinə əmin olmaq lazımdır.
"Maraqlı danışmaq lazımdır, çünki uşaqlar (və hətta yetkinlər) nəsihət dinləməyi sevmirlər. Söhbət 10 dəqiqədən çox çəkməməlidir. Uşaq məhz bu müddət ərzində sizi diqqətlə dinləyəcək", - deyə pediatr bildirir.
O, uşaqları üzməyə göndərərkən müzakirə edilməli olan 10 məsələni açıqlayıb. Həmin qaydaları təqdim edirik:
1. Yalnız icazə verilən yerlərdə çimmək olar. Əgər haradasa "Çimmək qadağandır" işarəsi varsa, deməli, olmaz.
2. Yalnız dərinlik, axın sürəti, dibin quruluşu və suyun temperaturunun məlum olduğu yoxlanılmış su hövzələrində çimmək olar. Yetkinlik yaşına çatmayan uşaqlar icazə verilən yeni su hövzələrində yalnız böyüklərlə çimə bilərlər.
3. Heç bir halda tanış olmayan yerlərdə suya baş vurmaq, hündürlükdən və qaçaraq suya tullanmaq olmaz. Təəssüf ki, çox vaxt belə baş vurmalar ("Bax, mən necə edə bilərəm") xəsarətlər və ölümlə nəticələnir: daşa dəyirlər, budağa ilişirlər, ayaqları, qolları sınır və s.
4. Bütün oyunlar suyun sinəyə qədər çatdığı dərinlikdə keçirilməlidir.
5. Yeniyetmələr çox vaxt nəyisə mərc gəlmələri və ya "qorxaq olma" iddiaları səbəbindən ölürlər. Xüsusilə sahildən uzaqda və ya sürətli axını olan çayda mərc gəlib suyun altında nəfəs saxlamaq olmaz.
6. Böyük uşaqlara mütləq izah edilməlidir ki, alkoqol və su bir-birinə uyğun gəlməyən şeylərdir. Məhz alkoqolun təsiri altında yeniyetmələr arasında boğulma və aspirasiya (suyun tənəffüs yollarına düşməsi) halları baş verir.
7. Son vaxtlar su idman növləri fəal şəkildə inkişaf edir. Hətta dayandıqları vəziyyətdə belə su nəqliyyat vasitələrinə yaxınlaşmaqdan çəkinmək lazımdır. Xüsusilə də motorlu nəqliyyat vasitələrinə - qayıqlara, hidrosikllərə, katamaranlara yaxınlaşmaq olmaz.
8. Dalğalar zamanı (dənizdə və ya gəmi keçdikdən sonra) boğulma riski həmişə daha yüksəkdir. Dalğa müvazinəti poza, daşlara və ya kollara çırpa bilər. Dənizdə həmçinin duzlu su ağıza düşə bilər, udulduqda ağızda quruluq yaradır və təkrar sürətli dalğa zamanı uşaqlar nəfəs almağa macal tapmırlar.
9. Əgər uşaq məktəbəqədər yaşdadırsa, ona izah etmək lazımdır ki, yerdən heç nə yemək olmaz: nə qum, nə çınqıl, nə də konfet.
10. Heç vaxt işarələrdən uzağa üzülməməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1370   Tarix: 27 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim şəkilləri toy makiyaji sekilleri sac duzumleri dostluq haqqında atalar sözləri qadın ətirləri zərdəçal müxtəlif kosmetika masturbasiya nedir haxışda salam 8 mart janrlar