Uşaqlara tualet vərdişinin öyrədilməsi

Uşaqlara tualet vərdişinin öyrədilməsiYeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:

• Fikir verin uşağınız gündüz vaxdı sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə

• Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə

• Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa

• Günorta yuxusundan artıq altını islatmadan qalxırsa

• Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə

Əgər sizin də övladınız yuxarida sadaladığım hərəkətləri edirsə deməli onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrədə bilərsiniz. Vacib məqamlar :

1. Vaxtı uzatmayın (qonaq gedəcəm,qonaq gələcək, rayona gedəciyik və s bu kimi bəhanələrdən uzaq olun).

2. Uşağınıza münasib karaşok alin. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün xoşlayırlar ki, ayaqları yerə dəysin. Karaşoku evin hər yerində gəzdirməyin. Onu ya hamama, uşağın öz otağına, ən son olaraq koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağınızı o vaxt mükafatlandıra bilərsiniz ki, məs:deyin ki bu gün tualetin gələndə mənə de gedək tualetimizi edək. Günün sonuna kimi siz dediyinizə əməl etsə onda onu sevdiyi bir şeylə mükafatlandırın. Bu şiriniyyat ola bilər.Əgər uşaq oturmaq isdəmirsə onu güclə otuzdurmayın.

3. Uşağınız oyuncaqlar vasitəsiylə tualet vərdişini öyrədin. Məsələn:oyuncaqları düzün kimisi tualetə getsin, karaşoka otursun və s.

4. Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə komək etməsinə icazə verin. Məsələn siz karaşoku boşaldın o isə unitazın sifonunu çəksin.

5. Qətiyyən uşaqlarınıza tualetlərini etdiyi zaman qışqırmayın,acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki bizim əsas məqsədimiz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətməkdir. Əgər bu mərhələdə uşaqlara travma versəniz o bunun gələcək həyatına mənfi təsir edəcək.

Ailə və Uşaq     Baxılıb: 5013   Tarix: 29 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az