Uşaqlarda boğaz ağrıları

Uşaqlarda boğaz ağrılarıFəsil dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə payız və qış mövsümü orqanizmin xəstəliklərə qarşı ən həssas olduğu dövr sayılır. Həmin aylarda immun sistemi zəif olanlarda bir çox problemlər özünü göstərir. Elə bu səbəbdən də mütəxəssislər həmin aylarda diqqətli olmağı məsləhət görürlər.
Boğaz ağrıları soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır və həmin narahatlıq əksər hallarda boğazın iltihabi prosesi şəklində üzə çıxır.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Boğaz ağrılarının ən geniş yayılmış səbəbi soyuqdəymə və qrip hesab olunur. Həmin hala uşaqlar arasında daha çox rast gəlinir. Təcrübə göstərir ki, 4-7 yaşarası uşaqlar həmin problemlə daha tez-tez üzləşirlər.
Boğaz ağrısının digər bir səbəbi isə bakterial infeksiyalardır. Udqunmaq, yemək və danışmağa çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də dəyişən fəsillərdə sağlamlığa ciddi fikir vermək lazımdır".
Həkim-pediatr xəstəliyin niyə məhz boğazda baş verməsi ilə əlaqədar deyib: "Havalar soyuyan kimi virus xəstəlikləri baş qaldırır. Boğaz orqanizmə daxil olan viruslar üçün bir növ giriş qapısı rolu oynayır. Ona görə də badamcıqlar həmin virusa birinci olaraq yoluxurlar. Qıcıqlanmalar, öskürək, hətta bəzən gecələr boğulmalar baş verir".
Həkim onu da deyib ki, boğaz ağrıları yalnız bakterial infeksiyayla əlaqədar olanda antibiotik təyin etmək məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1564   Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetika mehsullari donlar 2026 yay kolleksiyasi dolmalar zaur baxşəliyev qozlu toyuq salati qan qruplari haqqinda melumat kosmetika mekteb qoğalın nağlı vətən haqqında bayatı opusme novruz haqistalari