Uşaqlarda bronxit

Uşaqlarda bronxitObstruktiv bronxit, normal bronxitdən nəfəs alma çətinliyi və tənəffüs çatışmazlığı riski ilə, xüsusən uşaqlarda fərqlənir.
Xəstəliyin diaqnozu fiziki müayinə, rentgen və spiroqrafik müayinə, laboratoriya diaqnozuna əsaslanır. Xəstəliyin müalicəsində antispazmodiklər, mukolitiklər, antibiotiklər, qlükokortikoidlər istifadə olunur."Bronxit" termini ümumi bir anlayışdır. Bronxit ağciyərlərdə patoloji hal kimi müşayiət olunursa, o zaman bronxit bronxopulmoner prosesin tərkib hissəsi hesab olunur.Uşaqlarda bronxların iltihabı və tıxanma problemləri, geniş yayılması səbəbiylə pediatriyada bu problem aktual mövzulardandır.
Patogenlərin (bakteriyalar, viruslar, allergenlər) və bir genetik meyl təsiri altında kiçik və orta çaplı bronxların daxili qabığında iltihablı bir reaksiya meydana gəlir. İltihabın təsiri altında bronxial mukoza hiperemik olaraq şişir. Bronxial boşluğun xarici cisimlərdən təmizlənməsindən məsul olan siliyer epitelinin bütövlüyü və funksiyası pozulur.Uşaqlarda bronxit - bronxial ağacın selikli qişasının müxtəlif etiologiyalı iltihabıdır. İl ərzində hər 1000 uşaqdan 100-200 nəfərdə bronxit aşkarlanır. Kəskin bronxit az yaşlı uşaqlarda tənəffüs sistemi xəstəliklərinin 50%-ni təşkil edir. Bronxit daha çox 3 yaşa qədər uşaqlarda inkişaf edir; südəmər körpələrdə isə daha ağır gedişə malik olur.Uşaqlarda bronxit adətən virus xəstəlikləri - qrip, paraqrip, rinovirus, adenovirus, respirator-sinsitial infeksiyalardan sonra yaranır. Daha az hallarda bronxitə bakterial törədicilər (streptokokk, pnevmokokk, hemofil çöpləri, moraksella, göy-yaşıl irin və bağırsaq çöpləri, klebsiella), aspergilla və kandida cinsindən olan göbələklər, hüceyrədaxili infeksiya (xlamidiya, mikoplazma, sitomeqalovirus) səbəb olur. Uşaqlarda bronxit çox zaman qızılca, difteriya, göy öskürəyin gedişini müşayiət edir.Bronxitin kəskin dövründə yataq rejimi, sakitlik, bol maye qəbulu, vitaminlərlə zəngin qidalar göstəriş sayılır. Uşaqlarda bronxitin profilaktikası virus infeksiyalarının qarşısının alınması, virusəleyhinə preparatların qabaqcadan istifadəsi, allergen amillərin kənarlaşdırılması, soyuqdəymədən qorunma, bədənin möhkəmləndirilməsindən ibarətdir. Qrip və pnevmokokk infeksiyası əleyhinə profilaktik vaksinasiya mühüm rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1546   Tarix: 21 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade