Uşaqlarda diş çürüməsi: Qarşısını necə almaq olar?

Uşaqlarda diş çürüməsi: Qarşısını necə almaq olar?Uşaqlarda çürük, qaralmış dişlərə çox rast gəlinir. Hətta bəzən süd dişləri çıxandan qısa zaman keçəndən sonra çürüməyə başlayır. Azyaşlılarda dişlərin çürüməsi nə ilə bağlıdır? Çürük dişlər nələrə səbəb ola bilər? Bunun qarşısını almaq mümkündürmü?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, pediatr, uzman həkim Ülvi Əliyev də dişlərin çürüməsi, qaralması, oyulması kimi şikayətlərlə uşaq həkiminə müraciət edən valideynlərin çox olduğunu deyib: "Pediatr bu məsələdə diş həkimindən az kömək edə bilər, o da məlumatlandırmaqla. Bəs çürük baş verməməsi üçün nə etmək lazımdır? Agızda çox bakteriyalar var, amma bunların içində streptococcus mutans daha çox rol oynayır. Burada yeyilən qida, ağızda tüpürcək miqdarı, diş ərpinin qalma müddəti və s. rol oynayır. Üç yaşdan kiçik uşaqlarda 4-dən çox çürük şiddətli erkən uşaq kariyesi adlandırılır".
Pediatr, "Kariyes nəyə və haralara ziyan vurur" sualına belə cavab verib:
Ağrı, infeksiya, çeynəmə problemləri, qidalanma pozğunluğu, mədə-bağırsaq xəstəlikləri, böyümə və inkişafın gecikməsi, dəmir defisitli qanazlığı, məktəb davamiyyəti günlərində azalma, həyat keyfiyyətini azaltma.
Onun sözlərinə görə, butulkalı əmzik (biberon), meyvə suyu, qazlı içkilər, enerji içkiləri dişlərin çürüməsi ilə bağlı daha çox risk faktorlarına sahibdir.
Diş çürüklərindən necə qorunmalı?
Bu suala cavab olaraq həkim deyib ki, uşaqlar 3 öynə əsas, 2 öynə də arada yemək yesə yaxşıdır: "Şəkərli, yapışqan, qazlı qidaları əsas öynədə verin. Yeməkdən sonra uşaqların dişlərini fırçaladın, mümkün deyilsə su ilə ağzını çalxalasın və ya saqqız çeynəsinlər. Uşaq yatanda sudan başqa maye dolu butulka verməyin. Bir yaşından sonra biberon verilməsin. Yemək yedikdən sonra bir parça pendir yemək lazımdır. Pendir kariyesə qarşı qoruyucu təsirə malikdir. Südə bal, doşab, şəkər kimi şeylər qatmaq olmaz. Çayı şəkərsiz, qazlı, şəkərli içkiləri borucuqla verin. Yer fıstığı, kök, alma, kərəviz kimi qidalar kariyesə qarşı təsirlidir. Banan, kişmiş, mövüc, xurma kimi çərəz və meyvələr yapışqandır, kariyes riski yaradırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 22 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu