Uşaqlarda döş qəfəsinin deformasiyaları

Uşaqlarda döş qəfəsinin deformasiyalarıValideynlər mütəmadi olaraq uşaqlarını pediatr müayinəsinə aparırlar. Bəzi xəstəliklər isə mütəxəssislər arasında mübahisəli mövzuya çevrilir. Həkimlərin bir qismi isə yanlış diaqnozlarla azyaşlını səhv istiqamətdə müalicə edirlər. Bu isə valideynləri kifayət qədər narahat edən məsələdir.
Pediatr Altay Abdullaoğlu bildirib ki, uşaqlarda ən çox rastlaşdığı problemlərdən biri döş qəfəsinin müxtəlif deformasiyalarıdır. Həkimin sözlərinə görə, deformasiyanın daha çox 2 forması ilə qarşılaşırlar:
"İlki Pectrus carinatum dediyimiz döş qəfəsinin önə doğru qabarıq formada olmasıdır. El arasında "toyuq döş qəfəsi" və yaxud da "göyərçin döşü" olaraq da adlandırılır. İkincisi isə Pectus excavatum olaraq adlandırdığımız döş qəfəsinin içəriyə doğru batıq olmasıdır. Bu formalı döş qəfəsi isə "çəkməci döş qəfəsi" olaraq adlandırılır. Ümumi olaraq desək bu anomaliyaların səbəbi çox zaman tam olaraq bilinməməkdədir. Bəzi hallarda belə xəstələrin ailəsində də döş qəfəsi deformasiyaları görülür. Adətən, bu körpə doğulan zaman müşahidə edilmir və döş qəfəsi böyüdükcə nəzərə çarpmağa başlayır".
Abduallaoğlu, bəzən raxit xəstəliyi ilə əlaqədar döş qəfəsində müxtəlif dəyişikliklər yarandığını qeyd edib.
"Lakin raxit xəstəliyi zamanı döş qəfəsindəki deformasiyalardan başqa digər elementlər də olur. Buna görə də hər döş qəfəsində deformasiya olan uşağa raxit demək və aylarla müalicə etmək doğru deyildir. Əgər döş qəfəsi deformasiyalarının səbəbi raxit xəstəliyi ilə əlaqələndirilirsə, mütləq olaraq qanda D vitamini və Ca dəyərlərinə baxılaraq diaqnoz təsdiqlənməlidir. Bilinməlidir ki, hətta vitaminlərin belə vücudumuza ciddi və ölümcül yan təsirləri ola bilər",-deyə mütəxəssis vurğulayıb.
Həkim, deformasiyanın səbəbinin məxsusi bir xəstəlik olmaq ehtimalının da mümkün olduğunu söyləyib:
"Əgər səbəb xəstəlik olarsa (raxit xəstəliyi kimi) o zaman bu xəstəlik müalicə edilməlidir. Adətən, bu deformasiyalar heç bir problem yaratmırlar. Lakin bu deformasiyalar döş qəfəsində yerləşən orqanlarda (ürək, ağciyərlər kimi) təsir edərək müəyyən xəstəliklərin yaranmasına səbəb olarsa, o zaman cərrahi müdaxilə edilməlidir. Təəssüf olsun ki, təyin olunmuş kurs müalicələrin, masajların və tokların bu deformasiyalara heç bir faydası yoxdur və müasir təbabətdə də istifadə edilmir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3036   Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

adlarin menasi həkim məsləhəti hamiləlik ev dekorasiyası ariqlamaq ucun yasil cay lobya tursusu evim interyer kosmetika səməd vurğun kley lekesi banan toyuq salati vətənə aid atalar sözləri