Uşaqlarda ishal görüldüyü zaman həkimə müraciət etmək tövsiyə olunur

Uşaqlarda ishal görüldüyü zaman həkimə müraciət etmək tövsiyə olunurYayda uşaqlar arasında bəzi xəstəliklərə daha çox təsadüf olunur. Bu fəsildə daha çox qeydə alınanlar sırasına ishalla müşayiət olunan xəstəliklər, qida zəhərlənmələri və uşaqlar arasında sidik yolları infeksiyalarının çoxalması aiddir.
Yay ishalları həm uşaqlar, həm də böyüklər arasında müxtəlif səbəblərdən, adətən infeksiyaların təsiri nəticəsində yaranır. Xüsusilə uşaqlar arasında olan ishallar daha çox təşviş doğurur. İshal beş yaşadək uşaqlar arasında ölüm səbəbləri içərisində ilk üçlüyə daxil olub. Hər il iki milyona yaxın uşaq ishal nəticəsində həyatını itirir. Buna səbəb ishal zamanı yaranan su və duz itkisi nəticəsində orqanların susuzlaşmaya məruz qalması və orqan çatışmazlığının inkişafıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.
Onun sözlərinə görə, bir yaşadək, xüsusilə altı ayadək olan uşaqların su və duz itkisinə olan həssaslıqları daha yüksəkdir: "Çox aşağı bədən kütləsi ilə doğulmuş körpələr, 24 saat ərzində beş dəfədən çox nəcis ifrazı, ikidən çox qusması olan körpələr, maye müalicəsi almayan və ya həmin müalicəni alsa da bunu tolerə edə bilməyən, xəstəlik zamanı qidalanmadan imtina edən körpələr risk qrupuna aiddirlər. Bütün uşaqlarda, xüsusilə kiçik yaş qrupuna aid olanlarda ishal görüldüyü zaman həkimə müraciət etmək məsləhətdir.
İshal özünü qarın nahiyəsində ağrılar, bağırsaq hərəkətlərinin tezləşməsi, bağırsaqda maye miqdarının artması fonunda nəcisin ifrazının pozulması ilə büruzə verir. Nəcis daha sulu duru xarakter alaraq onun ifrazının sayı çoxalır. İshalın sayı adətən ilk 3-7 gün ərzində artır. Əgər bu zaman su və duz itkiləri varsa, bu, həkim tərəfindən dəyərləndirilərək itkinin yeri doldurulmalıdır. O zaman həyati təhlükələrin qarşısının alınması mümkün olur. Yayda ishalın qarşısını almaq üçün xüsusilə əl təmizliyinə, körpələr bez geyinirsə, onun vaxtında dəyişdirilməsinə, süni qidalanma varsa, qida vasitələrinin vaxtı-vaxtında doğru təmizlənməsinə diqqət yetirilməlidir. Ağzı açılmış qidaların hansı şəraitdə qalmalarına və saxlanma müddətlərinə fikir verilməlidir. Əgər pasterizə edilmiş süd və meyvə sularından istifadə olunursa, belə olan hallarda onların saxlanma şəraitinə, hansı temperaturda saxlanmasına, içilən suyun təmizliyinə diqqət yetirilməlidir. Yeyiləcək meyvələrin qabıqlarının soyulmasına, ətlərin bişirilməsinə, pendir, qatıq, dondurma kimi süd məhsullarının istifadə və saxlanma qaydalarına fikir verilməlidir. Küçələrdən açıq satışdan ərzaq almamaq, depolanan qidaları isə qısa zaman ərzində istifadə etmək məsləhət görülür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1199   Tarix: 17 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi kosmetoloq sirin gilas 2026 qonaq otagi salatların bəzədilməsi uz derisine qulluq maskalari kosmetika sekis kahfe fali novruz hakistasi veten haqqinda atalar sozu novruz hakışdaları