Uşaqlarda koronavirusun əsas əlamətləri müəyyənləşdirildi
Çin alimləri uşaqlarda COVID-19-un əsas simptomlarını aşkar edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onların arasında - qızdırma, ishal, qusma və ağır öskürək gəlir. Tədqiqatın nəticələri "PLOS Medicine" jurnalında dərc olunub.
Mütəxəssislər 27 yanvar - 23 fevral arasında Çindəki dörd xəstəxanada koronavirus infeksiyası olan 34 xəstənin klinik məlumatlarını toplayaraq təhlil edib. Xəstələr xəstəliyin ilkin şikayətlərini və gedişatını izah edib.
Böyüklərdən fərqli olaraq uşaqlarda yüksək temperatur, qusma və ishal, həmçinin ağır öskürək müşahidə olunub. Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqlarda ağciyər zədələnməsinin və COVID-19-un ağır gedişatının daha az yayıldığı müəyyənləşib.
Alimlər azyaşlı xəstələrin spesifik klinik xüsusiyyətlərinə daha çox diqqət yetirməyi məsləhət görüb. Tədqiqatda koronavirusun uşaqlardan böyüklərə ötürülməsinə dair birbaşa sübut olmadığı, ancaq epidemiya ilə mübarizə üsulları hazırlanarkən bu riskin nəzərə alınmalı və ailə səviyyəsində profilaktik tədbirlərin görülməli olduğu qeyd edilib.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama