Uşaqlarda koronavirusun əsas əlamətləri müəyyənləşdirildi
Çin alimləri uşaqlarda COVID-19-un əsas simptomlarını aşkar edib.
Milli.Az xəbər verir ki, onların arasında - qızdırma, ishal, qusma və ağır öskürək gəlir. Tədqiqatın nəticələri "PLOS Medicine" jurnalında dərc olunub.
Mütəxəssislər 27 yanvar - 23 fevral arasında Çindəki dörd xəstəxanada koronavirus infeksiyası olan 34 xəstənin klinik məlumatlarını toplayaraq təhlil edib. Xəstələr xəstəliyin ilkin şikayətlərini və gedişatını izah edib.
Böyüklərdən fərqli olaraq uşaqlarda yüksək temperatur, qusma və ishal, həmçinin ağır öskürək müşahidə olunub. Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqlarda ağciyər zədələnməsinin və COVID-19-un ağır gedişatının daha az yayıldığı müəyyənləşib.
Alimlər azyaşlı xəstələrin spesifik klinik xüsusiyyətlərinə daha çox diqqət yetirməyi məsləhət görüb. Tədqiqatda koronavirusun uşaqlardan böyüklərə ötürülməsinə dair birbaşa sübut olmadığı, ancaq epidemiya ilə mübarizə üsulları hazırlanarkən bu riskin nəzərə alınmalı və ailə səviyyəsində profilaktik tədbirlərin görülməli olduğu qeyd edilib. (publika.az)
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq