Uşaqlarda seçmək bacarığı

Uşaqlarda seçmək bacarığıSeçmək bacarıqdır. Bu bacarığı uşaq anadan olan zamandan inkişaf etdirmək lazımdır. Uşağın seçimlərinə hörmət etmək vacibdir. Bu seçimlə razılaşmasanız belə hörmətlə yanaşmaq seçmə bacarığını təkmilləşdirəcək. Gənc ailələrə, xüsusilə gənc analara yönəlik tərbiyə metodları haqda kitablar yazılmalı, tərcümə olunmalıdır. Hamımızın "İctimai müqavilə" əsəri ilə tanıdığımız J.J. Russonun ən məhşur əsəri Emil təlim tərbiyə haqqındadır.
Bu milləti yeni başdan yaratmaq lazımdır. İnsanlarda fərdi xüsusiyyətləri və fərqlilikləri təşviq etdirməliyik. Biz məktəbdən öncə ailəmizin məhsuluyuq. Ailələrimiz isə qismən homosovetikus, qismən də "müsəlman" (dini baxımdan deyil) təfəkküründə yetişiblər. Və bu ailələr də bir qəlibdən çıxmış kimi fərdlər formalaşdırır.
Uşaq oyuncağını və paltarını özü seçməlidir. Dostlarını seçməlidir.
Məktəb bu istiqamətdə ciddi pedaqoji islahatlara getməlidir. Bir misal çəkim. Ədəbiyyat fənni oxuyan zaman hansısa bir yazıçının əsərinin haqqında yazı olur. Bu səhv yanaşmadır. Əslində o yazını, əsəri oxuyan şagirdlər yazmalıdır. Şagirdlərə hazır məhsul vermək deyil, məhsul istehsal etməyi öyrətmək lazımdır. Şagirdlərə müəllif və müəllimi dəyərləndirmək imkanı verilməlidir.
Gələcəklə bağlı planlamanı uşaqlar özləri etsə, oxuyacaqları institutu, fakültəni özləri seçsə həm özü üçün, həm də cəmiyyət üçün faydalı olacaqlar.
Gənclərin evlilik məsələlərinə isə ümumiyyətlə qarışılmamalıdır.
Bəs valideynin rolu nə olmalıdır sualına gəlincə, valideyn uşağın seçimlərini nəinki qəbul etməli, həm də onun planlarına maddi, mənəvi dəstək olmalıdır.
Özünə ayaqqabı seçə bilməyən, həyat yoldaşı seçə bilməyən insanlar dövlət idarəçilərini necə seçəcək? Əgər seçsə belə bu seçim nə qədər uğurlu olacaq?
Toplumu top-yekun dəyişdirməliyik.
hurriyyet.org

Xəbərlər     Baxılıb: 1868   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy makiyaji sekilleri qadin dunyasi qadın geyimi uşaq dünyası kişi psixologiyası bilinçik resepti qadın sonsuzluğu kosmetika cantalar atalar sozu salatlar sevda qaynanaya aid