Uşaqlarda təkrarlanan qızdırmanın səbəbi: "Çöp", yoxsa…

Uşaqlarda təkrarlanan qızdırmanın səbəbi: "Çöp", yoxsa…Uşaqlarda rast gəlinən periodik olaraq təkrarlanan qızdırma sindromlarını valideynlər (bəzi həkimlər də) "çöp" olaraq bilir və aldanırlar. Əslində bu hal nədir? Periodik qızdırma, müntəzəm olaraq konkret vaxt aralıqlarında uşaqlarda çox yüksələn (38-41 dərəcə) qızdırma hallarıdır. Uşaqlarda ən sıx görülən periodik qızdırma sindromlarından PFAPA sindromunu örnək göstərmək olar (başqa FMF xəstəliyi, Tsiklik neytropeniya və s.).
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Pediatr deyib ki, PFAPA sindromunu valideyn bəzən "uşağın hər ay boğazı gəlir, yüksək qızdırması olur, antibiotik də təsir etmir" kimi də təsvir edir.
PFAPA sindromunun əlamətləri:hansılardır?
Periodik, təxminən hər ay və ya 1-2 həftədən bir eyni vaxtlarda yüksələn səbəbsiz qızdırma (çox zaman valideyn uşağın qızdırmalanacığı günləri öncədən təxmin edir)
Bu sindrom zamanı uşaqda düşürülməsi çox çətin, müalicələrə baxmayaraq 4-5 gün sürən yüksək qızdırma, ayaqda, oynaqda, qarında ağrı, halsızlıq kimi hallar olur. Çox vaxt belə uşaqları "boğazında artıq əti var", "Tez tez çöpü qalır" kimi təsvir edirlər. Belə uşaqların əksəriyyəti "artıq ətdən əməliyyat olunmuş" uşaqlar olur. Tonzillektomiya əməliyyatından sonra uşaqların 50 faizində yaxşılaşma ola bilər, 50 faizdə isə simptomlar qalıcı ola bilər.
Qızdırma düşdükdən sonra belə uşaqlar çox aktiv və sağlam olurlar. Bu xəstəlik uşağın fiziki inkişafına təsir eləmir. "PFAPA sindromu" diaqnozu digər periodik qızdırma (FMF, tsiklik neytropeniya) sindromları da inkar edildikdən sonra qoyulur. Müalicəsində bu diaqnoz qoyulmuş uşaqlara qızdırma ataklarını önləmək üçün qızdırma öncəsi kortizol inyeksiyası profilaktik olaraq vurulsa bu xəstəlik simptomlarını tamamailə önləmək mümkündür. Yəni çarə çöpçülərdə deyil!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1628   Tarix: 02 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri