Uşaqlarda ürək qüsurları

Uşaqlarda ürək qüsurlarıDünyada uşaqlar və böyüklər arasında ürək qüsuru olan və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı hər il artır. Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında isə ən çox rast gəlinəni anadangəlmə olanlardır. Dünya üzrə hər il 1 milyon dan artıq körpə anadangəlmə ürək qüsuru ilə doğulur. Azərbaycanda isə həmin rəqəm minə bərabərdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-kardioloq Oqtay Musayev bunun müxtəlif səbəblərdən yarandığını deyir: "Ana bətnində bətndaxili inkişaf zamanı ananın keçirdiyi stres və xəstəliklər, qidalanma və ekoloji faktorlar bəzi genetik qüsurlarda əhəmiyyət daşıyır, bəzi hallarda isə bətndaxili dövrdə xüsusi manipulyasiyalarla qüsurlara müdaxilə etmək mümkün olur. Lakin əsas müalicə taktikası doğuşdan sonra başlanılır. Qüsura müdaxilə etmək və korreksiyaetmə dövrü düzgün təyin olunmalıdır. Bəzi qüsurlar var ki, ona doğuşdan dərhal sonra və yaxud körpə dünyaya gəldiyi ilk günlərdə müdaxilə edilməlidir, çünki uşağın həyatı üçün təhlükə yaranır. Bəzi qüsurlar zamanı isə uşağın müəyyən yaş həddinə qədər böyüməsini gözləmək lazım gəlir".
Həkim-kardioloqun sözlərinə görə, bir çox əlamətləri uşaqlarda ürək qüsurunun göstəricisi hesab etmək olar: "Doğuş və ya hamiləlik vaxtı ürək müayinəsi aparılmayıbsa, körpə vaxtlarda və ya böyümə çağında hərəkət etməyə başlayanda, yaxud da südəmər dövrdə qidalanmasının geri qaldığını və çəkisinin çoxaldığını hiss etdikdə, uşaq tez-tez tənəffüs yolu xəstəliklərinə mübtəla olanda, ağlayanda, iməkləməyə başlayanda burun-ağız bölgəsində, çox ağlayarkən əllərində və qulaqlarında göyərmələr olanda uşağın ürəyində qüsur ola biləcəyindən şübhələnmək lazımdır".
Bətndaxili dövrdən başlayaraq, anadangəlmə ürək qüsurlarına diaqnoz qoyulması sonradan yarana biləcək təhlükəli əməliyyat risklərini də aradan qaldırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1497   Tarix: 31 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi qadin psixologiyasi qadınlar süni doğuş biskvitli tort resepti kosmetika məsəllər bakire azerb clpaq qadinlari layla həmidə